Əsas Səhifə > Siyasət, Manşet > BAKI QARABAĞLA BAĞLI XÜSUSİ HEYƏT YARATDI
BAKI QARABAĞLA BAĞLI XÜSUSİ HEYƏT YARATDI22-11-2013, 10:59 |
HEYƏT MƏSƏLƏNİ MÜHARİBƏ MÜSTƏVİSİNƏ QƏDƏR DAŞIYIB GƏTİRMƏLİDİR DİA.AZ: - «Ukraynanın Qərbə «yox» deməsi Azərbaycanın regionda əhəmiyyəti birə beş artırmış oldu. Və bu da Rusiya qarşısında müqavimətini qoruyan Bakıya Qərbin istər-istəməz dəstəyinin ifadə olunması anlamına gəlməkdədir». Bu sözləri DİA.AZ-a danışan diplomatik mənbə bildirir ki, əslində rəsmi Bakının mövqeləri günü-gündən möhkəmlənməkdə idi ki, bu da müstəqil siyasət nümayişi cəhdlərinin nəticəsində əldə edildi. Mənbənin söylədikləri: «Rusiya ilə bu günə kimi münasibətlərində ilk dəfə idi, Azərbaycan canişinlik funksiyasını icra etmədi. Doğrudur, zamanında AXC iqtidarı buna cəhdlər etmişdi. Amma yanlış hədəfləmələr və seçilən yanlış taktika strateji baxımdan Azərbaycanı acı məğlubiyyətə düçar etdi. Azərbaycan həm Rusiyanın dəstəyi ilə Qarabağın ermənilər tərəfindən işğalına dözməli oldu, həm də Rusiya kimi bir nəhənglə toqquşması nəticəsində daxili stabilliyini itirdi. Bu gün isə İlham Əliyev Kremlə kəllə-kəlləyə gələn siyasətini hesablanmış qaydada yürüdür ki, bu da köhnələrin yanlışları təkrarlanmadan həyata keçirildiyindən fərqli bir mahiyyətdə təzyiqlərin yaranmasına nədən olmur. Əksinə, ruslar hələ də Bakını itirmədiklərini zənn edərək, bu dəfə Azərbaycana güzəşt barədə düşünmək zorunda qalıblar. Çünki Azərbaycanın getməyə yeri çoxdur və bu gediş zamanı Rusiyanın mümkün təzyiqləri artıq Azərbaycan üçün həyati mənada təhlükə hesab olunmur. Hətta bu gün azərbaycanlıların Rusiyadan böyük köçü belə Azərbaycan dövlətini təntitmir. Eyni zamanda Azərbaycana qəzəbdən Ermənistana verilən mümkün dəstək də rəsmi Bakının «yumşalması» üçün yetərli deyil». Mənbəmiz bildirir ki, artıq regiondakı situasiya da Azərbaycanın xeyrinədir: «Ermənistan Gömrük İttifaqı yolunu tutmaqla Qərbin dəstəyindən birdəfəlik imtina etdi. Ukrayna da Rusiyanın «qaz əyləci» nəticəsində Avropaya rədd cavabı verdi. Gürcüstanda isə Rusiyaya isti yanaşan bir hakimiyyət var. Regionda qalan tək Azərbaycandır ki, bu da ölkəmizin qiymətinin Avropanın yanında qalxması deməkdir. Yəni artıq Qərb Azərbaycanı qoruması üçün Bakının istəklərini yerinə yetirməlidir». Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Bakının Qarabağı işğaldan azad edə bilməsi üçün Azərbaycan dövləti tərəfindən xüsusi heyət yaradılıb. Həmin heyətin nümayəndələri danışıqlar aparırlar. Prosesin gələn ilin fevral ayına qədər bitirilməsi gözlənilir. Və bu heyət qarşısında Azərbaycanın hərb yolu ilə Qarabağı azad edə bilməsi üçün mümkün zəminin yaradılması tapşırığı qoyulub». Mənbəmiz iddia edir ki, həmin heyətdə bir çox tanınmış diplomatlar da yer alıb: «Maraqlıdır ki, heyətdə tanınmış diplomat Vəfa Quluzadə də təmsil olunur və onun məsləhətlərindən istifadə olunur». Geri qayıt |