Əsas Səhifə > Hadisə > AĞDAMDA ŞOK VƏHŞİLİK - fotolar

AĞDAMDA ŞOK VƏHŞİLİK - fotolar


22-11-2013, 10:41
AĞDAMDA ŞOK VƏHŞİLİK - fotolar
Ötən axşam saat 17:00 radələrində Ağdamda 37 yaşlı kişi arvadını və qaynanasını bıçaqlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Təzəkənd qəsəbəsində Şükür Həsənov qaynanası 1955-ci il təvəllüdlü Gülnarə Bədəlovanı və arvadı 1978-ci il təvəllüdlü Elmira Bədəlovanı bıçaqlayıb. Ş.Həsənov arvadının boğazından vurub. Yaralılar Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda vəziyyətləri orta-ağırdı.

Hadisənin baş verməsinə gəlincə, deyilənlərə görə, Şükür Həsənov arvadını mütəmadi olaraq döyürmüş. Bundan bezən qadın anasına şikayət edib. Gülnarə Bədəlova qızını evlərinə aparmaq üçün kürəkəninin evinə gedib. Lakin Şükür və onun anası buna icazə verməyiblər. Onlar Gülnarəni döyüblər. Daha sonra əsəblərini cilovlaya bilməyən Şükür Həsənov bıçağa əl atıb.

Hadisəni törədən şəxs polis tərəfindən tutulub.


AĞDAMDA ŞOK VƏHŞİLİK - fotolar
AĞDAMDA ŞOK VƏHŞİLİK - fotolar
AĞDAMDA ŞOK VƏHŞİLİK - fotolar
AĞDAMDA ŞOK VƏHŞİLİK - fotolar
Geri qayıt