Əsas Səhifə > Gündəm, Manşet > SƏFƏR ƏBİYEVLƏ BAĞLI İLGİNC FAKTLAR YAYILDI
SƏFƏR ƏBİYEVLƏ BAĞLI İLGİNC FAKTLAR YAYILDI21-11-2013, 11:35 |
QƏRB ADAMINA YENİ MİSSİYA HƏVALƏ ETMƏK İSTƏSƏ DƏ, RƏDD CAVABI ALIB DİA.AZ: - Keçmiş müdafiə naziri Səfər Əbiyevin yeni vəzifəyə təyin olunacağı ilə bağlı xəbərlər özünü doğrultmayıb. Bu barədə DİA.AZ-a daxil olan son informasiyalar da qənaət formalaşdırmaqdadır. Belə ki, az əvvəl Müdafiə Nazirliyindən ayrılması nəzərdə tutulan Baş Qərargaha rəhbər gətirilmə ehtimalları ilə bağlı fikirlər yürüdülən sabiq nazirlə bağlı əldə etdiyimiz son bilgilərdə vurğulanır ki, Səfər Əbiyevin yenidən vəzifə tutması gözlənilən deyil. Məlumatlı mənbənin söylədikləri: «Həm keçmiş Milli Təhlükəsizlik naziri Namiq Abbasov və həm də Səfər Əbiyev Qərbin regiondakı bir sıra hərbi-təhlükəsizlik layihələrində yer alaraq, Azərbaycanı təmsil edirdilər. Amma ilk əvvəl Namiq Abbasov vəzifəsindən alındı və Azərbaycan həmin istiqamət üzrə nümayəndəsini dəyişmiş oldu. Xatırladaq ki, həmin ərəfədə bu dəyişikliyin Qərb tərəfindən təpgi ilə qarşılandığı da iddia olundu. Amma buna baxmayaraq, Azərbaycan öz təhlükəsizlik xidmətinə hansısa kənar qüvvələrin yox, özünün marağında olan fiqurun rəhbərliyinə üstünlük verdiyini nümayiş etdirdi». Mənbəmiz iddia edir ki, Səfər Əbiyev də Qərbin hakimiyyət daxilində qoruduğu isimlərdən biri idi: «Və təsadüfi deyildi ki, prezident seçkiləri öncəsi Səfər Əbiyev ABŞ-a səfər etmişdi. Və Vaşinqtonun Bakıya dəstəyini qazanmalı idi. Amma bu baş vermədi. Səfər Əbiyevi dəstəkləyən qüvvələr nəhayətdə onun görəvdən alınmasını sükutla müşahidə etməli oldular. Digər yandan, Səfər Əbiyev daha çox kabinet generalı mahiyyəti daşıdığından onun yerinə «səngər generalını» gətirən rəsmi Bakı Qərbə özünün müharibə ovqatını da çatdırmış oldu. Təsadüfi deyil ki, bu gün Qərb dairələri Azərbaycanın savaş tədarükündən ciddi şəkildə ehtiyatlanırlar. Hətta Azərbaycanın silahlandırılmasında yardımçı olan dövlətlərə də bu barədə xəbərdarlıqlar göndərilir, Azərbaycana silahlanma kvotası xatırladılır. Amma buna baxmayaraq, rəsmi Bakı öz siyasətini nümayişkaranə formada diqtə edə bildiyindən Səfər Əbiyevin amerikalı himayədarları bu gün baş verənləri «alqışlayırıq» və yaxud da «qınayırıq» bəyanatları ilə müşahidə etməklə kifayətlənirlər. Və hətta bu gün Azərbaycan Qərbin regiondakı enerji siyasətinə də ayaq uydurmayan bir dəst-xətt nümayiş etdirir». Mənbəmiz Səfər Əbiyevlə bağlı məqama da aydınlıq gətirir: «Səfər Əbiyevin məsələsi Azərbaycan hakimiyyəti ilə müzakirə olunub. Hətta rəsmi Bakıya keçmiş nazirin Qərbin regiondakı hərbi layihələrindən birinə rəhbərlik etməsi təklifi də edilib. Amma buna rədd cavabı verilib. Yəni bu da o deməkdir ki, Səfər Əbiyev mövzusu artıq bitmiş hesab oluna bilər». Geri qayıt |