Əsas Səhifə > Hadisə > ƏCNƏBİ JURNALİSTLƏRİ DÖYƏNLƏRƏ HÖKM OXUNDU

ƏCNƏBİ JURNALİSTLƏRİ DÖYƏNLƏRƏ HÖKM OXUNDU


31-01-2012, 14:16
ƏCNƏBİ JURNALİSTLƏRİ DÖYƏNLƏRƏ HÖKM OXUNDU

VƏ ÜST-ÜSTƏ 10 İL İŞ ALDILAR

Yasamal rayon Məhkəməsində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Selia Deyvisə qarşı xuliqanlıq hərəkətləri etməkdə və onları döyməkdə təqsirləndirilən Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynovun məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Elçin Qurbanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Nazim Hüseynov 4 il, digər təqsirləndirilən şəxslərin hər biri isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2011-ci il iyunun 15-dən 16-na keçən gecə, saat 00:20 radələrində paytaxtın Yasamal rayonu Vidadi küçəsində Böyük Britaniya vətəndaşı Silviya Devis və ABŞ vətəndaşı Amanda Erikson döyülüblər. Bununla əlaqədar həmin gün Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1–ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, onu törədənlərin fotorobotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin edilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynovun törətdiyi məlum olub və onlar tutulublar.
A.Erikson və S. Devisin Azərbaycandakı fəaliyyəti yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirməkdən ibarət olub. A. Erikson, həmçinin ABŞ-ın nüfuzlu «Vaşinqton Post» və «Nyu-York Times» qəzetləri ilə də əməkdaşlıq edir.


Geri qayıt