Əsas Səhifə > Siyasət, Manşet > İRANDAN AZƏRBAYCANA YENİ İTTİHAM

İRANDAN AZƏRBAYCANA YENİ İTTİHAM


31-01-2012, 12:34
İRANDAN AZƏRBAYCANA YENİ İTTİHAM

«BU ÖLKƏDƏ İRANLI İŞ ADAMLARI HAQSIZ OLARAQ İNCİDİLİR»

DİA.AZ: - İran hökuməti Azərbaycana qarşı yeni iddia ilə çıxış etməkdədir. Əslində bu iddia yeni deyil və buna qədər də bu kimi ittihamlara rast gəlinmişdi. Söhbət Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olan iranlı iş adamlarının «incidilməsindən» gedir. Məsələn, bir müddət əvvəl bir zamanlar İranın Azərbaycandakı səfiri postunu tutmuş Əfşar Süleymani mətbuat qarşısına çıxaraq aldadıldığını və fırıldaq yolu ilə külli miqdarda pulunun mənimsənildiyini bəyan etmişdi.

Buna qədər də ayrı-ayrı iranlı iş adamlarının Azərbaycanda «təzyiqlərə» məruz qaldığı söylənilib. Təbii ki, hansısa iranlı sahibkarın Azərbaycanda aldadılması mümkündür. Amma bu gün Tehrana aid simaların ölkəmidə çox böyük iqtisadi rıçaqlara malik olduğu bir şəraitdə bu kimi xırda faktların qabardılaraq Azərbaycan əleyhinə istifadə edilməsi, təbii ki, neçə müddətdən bəriir davam edən düşmənçilik ruhunun uzantısı kimi qəbul edilməlidir.

Hər halda, həm məşhur «Vikiliks» təşkilatının açıqladığı məxfi sənədlərdən və həm də digər qaynaqların yaydığı məlumatlardan da aydın olur ki, bu gün İranın xüsusi xidmət orqanlarına yaxın olan iqtisadi dairələr Azərbaycanda «Bank of Baku»nun, «Royal Bank of Baku»nun, «XalqBank»ın timsalında bank sektorumuzda, «Hyudai Auto Azerbaijan»ın, «Bacu Electronics»in və digər bu kimi şirkətlərin timsalında isə başqa iqtisadi sahələrdə kifayət qədər ciddi mənsəb sahibidir. Bundan əlavə, ABŞ-a aid qaynaqlar İranın xüsusi xidmət orqanlarının ünlü simalarına məxsus tikinti şirkətlərinin Azərbaycan nəqliyyat nazirliyi ilə çox bahalı projelərdə iştirak etdiyini də açıqlayıb. Eyni zamanda İran agenturasının simalarının Azərbaycan gömrüyündə də əməlli-başlı oturuşduğu bu vaxta qədər açıqlanan faktlar içindədir.

Amma bunlara rəğmən fars-molla rejimi Azərbaycana qarşı «Bu ölkədə iranlı iş adamları incidilir» başlığı ilə yeni təbliğat kampaniyasını açmaqda israrlıdır. Artıq ayrı-ayrı xəbər portallarında bu kimi materiallara rast gəlinir.

Bu istiqamətdə hər zaman fəal görükən «Arannyus» portalının yaydığı məumatda deyilir: «İran-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mirqasim Mömini İranın "Fars" Agentliyinə müsahibəsində İran İslam Respublikasının qonşuluq hislərinə və qonşu ölkələrlə, əsasən də Azərbaycan Respublikası ilə əlaqələrinin genişlədirilməsinə əsaslanan siyasətinə işarə edərək deyib: "İran rəsmilərinin konstruktiv əməkdaşlığına baxmayaraq, hələ də Azərbaycan dövlətinin rəsmi və qeyri-rəsmi orqanlarının bu ölkədə yaşayan iranlılarla xoşagəlməz rəftarının şahidiyik".

O artırdı: "İranlılar ötən illər ərzində Azərbaycanın iqtisadiyyat, əkinçilik, sənaye kimi önəmli və müxtəlif sahələrinə sərmayə qoyublar və bu üzdən də öz iqtisadi fəaliyyətlərini bu ölkədə davam etdirməyə məcburdurlar. Təəssüf olsun ki, Azərbaycan Respublikası məsulları öz siyasətlərini həyata keçirmək üçün istehsal, gömrük və maliyyə kimi sahələrdə iranlı tacir və iş adamlarına təzyiqlər göstərir və onların siyasi məsələlərini izləməyi tələb edirlər. Bu da iki ölkə arasınakı konstruktiv əməkdaşlığın ziddinədir".

Azərbaycan Respublikasında Yaşayan İranlıları Himayə Cəmiyyətinin sədri bu ölkədə təhsil alan tələbələrdən çatan məlumatlara işarə edərək dedi: "Azərbaycanın əlaqəli məsulları tələbələrə təzyiq göstərərək, onları qeyri-elmi hədəflər xəttində olan mövzulara vadar edirlər və bu da bəzi tələbələrin etirazına səbəb olur".

Mömini, Azərbaycan Respublikasında Yaşayan İranlıları Himayə Cəmiyyətinin bu ölkədəki iranlıların etirazından ibarət olan ərizəsinin hazırlmaq, Xarici İşlər Nazirliyi və Tehranın Azərbaycan Respublikasındakı səfirliyi vasitəsilə lazımı addımlar atmaq niyyətində olmasını açıqlayaraq dedi: "Cəmiyyət, sənədlərin təkmilləşməsi və məlumatın verilməsi üçün bu ölkədə hüquqları tapdalanan bütün iranlıları www.iraz.org saytına müraciət edərək, bu barədəki məlumatlarını bizə yazmağa dəvət edir"».


Geri qayıt