Əsas Səhifə > Ölkə > BAHALAŞMANI DURDURUN!
BAHALAŞMANI DURDURUN!29-09-2011, 13:50 |
İQTİSADİ İNKİŞAF NAZİRLİYİ XƏBƏRDARLIQ ETDİ Ölkədə mal və qoyun ətinin qiymətinin son vaxtlar xeyli bahalaşmasının səbəbi ayrı-ayrı dövlət qurumları tərəfindən fərqli səbəblərlə izah olunur. Məsələn Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Statistika Komitəsi ətin süni surətdə bahalaşdırıldığını bildirir, İqtisadi İnkişaf Nazirliyi isə onların əksini deyir. İqtisadi İnkişaf Nazirliyi bu gün ətin qiymətiilə bağlı yeni açıqlama yayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ətin qiyməti ilə bağlı monitorinqlərini davam etdirir. Monitorinqlər zamanı "Təzə bazar"da mal ətinin 5,5-8 manata, qoyun ətinin 6,5-9 manata, "Keşlə bazarı"nda mal ətinin 8 manatadək, qoyun ətinin 9 manatadək, "8-ci km bazarı"nda mal ətinin 5-8 manata, qoyun ətinin 5-9 manata, Dərnəgül qəsəbəsindəki ət kəsimi və satışı məntəqəsində mal ətinin 5-7,5 manata, qoyun ətinin 5-5,5 manata satıldığı müəyyən edilmişdir. Monitorinqlərin əhatə etdiyi digər pərakəndə ticarət obyektlərində isə mal ətinin qiyməti 8 manatadək, qoyun ətinin qiyməti isə 9 manatadək təşkil edir. “Ticarət obyektlərində ətin qiymətinin gündəlik monitorinqi davam etdirilir. Dövlət Xidməti xəbərdarlıq edir ki, süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barədə qanunvericiliyə uyğun olaraq ciddi tədbirlər görüləcək”-deyə nazirlik bəyan edib. Geri qayıt |