Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: HEYDƏR ƏSƏDOV İSMƏT ABBASOVDAN MƏSLƏHƏT ALIR

ŞOK: HEYDƏR ƏSƏDOV İSMƏT ABBASOVDAN MƏSLƏHƏT ALIR


19-11-2013, 12:57
ŞOK: HEYDƏR ƏSƏDOV İSMƏT ABBASOVDAN MƏSLƏHƏT ALIR
YENİ NAZİR KADR İSLAHATLARINA START VERİR: AMMA KÖHNƏ NAZİRLƏ BİRGƏ

DİA.AZ: - Yeni nazirlərin hamısı yeni islahatlar aparacq. Bildirək ki, həm yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və həm də yeni müdafiə naziri Zakir Həsənov müəyyən kadr islahatları həyata keçiriblər. Doğrudur, MN strukturlarında baş verənlər daha ciddi əhəmiyyət daşıyıb ki, bu da Zakir Həsənovun hərbi sistemi sıfırdan qurma təşəbbüslərindən xəbər verir. Amma eyni qaydada Səlim Müslümovun da total kadr islahatlarına gedəcəyi şəkksizdir və bunun işartıları sezilməkdədir.

Bu barədə DİA.AZ-a daxil olan son informasiyalardan belə aydın olur ki, bu günlərdə bir qədər passiv görünən yeni kənd təsərrüfatı naziri Heydər Əsədov nazirliyə aid strukturların əksər rəhbər işçilərini istefaya göndərməyi planlaşdırır.

Mənbənin söylədikləri: «Heydər Əsədovun KTN sistemi ilə bağlı ciddi öhdəlikləri var. O, nazir postuna təyin edilməmişdən öncə bu sahədə ciddi dönüş vədi verib. Ona da müəyyən vaxt tanınıb və artıq vaxt tamam olmaq üzərədir».

Bildirək ki, gələn məlumatlar içində maraqlı məqamlar da var: «Heydər Əsədov KTN-də dəyişikliklər zamanı nazir postundan alındıqdan sonra baş nazirin müavini vəzifəsinə gətirilən İsmət Abbasovdan müəyyən məsləhətlər almaqdadır. Hər halda, bu maraqlı bir məqamdır. Bu, həm də o deməkdir ki, gözlənilən islahatlar «ağrısız» keçəcək. Çünki əvvəlindən düşünülürdü ki, təkca Dünya Bankından kənd təsərrüfatına ayrılan kreditlərin xərclənməsi zamanı yol verilən nöqsanlara görə, kimlərsə cəzalansın. Yəni bu cəza təkcə vəzifədən alınma ilə müşahidə olunmasın. İndi isə anlaşılanı odur ki, sərt cəzalardan söhbət belə gedə bilməz».

Geri qayıt