Əsas Səhifə > Sosial, Manşet > AZƏRBAYCAN SÜLH DANIŞIQLARINI DAYANDIRA BİLƏR

AZƏRBAYCAN SÜLH DANIŞIQLARINI DAYANDIRA BİLƏR


19-11-2013, 12:28
AZƏRBAYCAN SÜLH DANIŞIQLARINI DAYANDIRA BİLƏR
ŞOK: ARTIQ RƏSMİ BAKININ MƏNASIZ DANIŞIQLARA VAXTI QALMAYIB

DİA.AZ: - «Son prezident seçkiləri ərəfəsindən Azərbaycana qarşı təzyiqlərini artıran Kremlin bu siyasətini hələ də davam etdirməsi, özünü yenidən Qarabağ danışıqları müstəvisində göstərməkdədir. Belə ki, yenə də Qarabağ problemilə bağlı prezidentlər arasında danışıqlar start götürüb. Burada isə açıq şəkildə hiss olunanı Rusiyanın proseslərdə vacib məntəqə rolunu oynamasıdır». Bu sözləri DİA.AZ-a açıqlamasında diplomatik qaynaqlar bildirib.

Mənbənin söylədikləri: «Qarabağ üzrə danışıqlar, prezidentlərin görüşləri və digər bu kimi təşəbbüslər əslində problemin həllinin növbəti dəfə konservləşdirilməsi siyasətinin tərkib hissəsidir. 50 ildən artıqdır ki, Fələstin-İsrail danışıqları aparılır. Amma faydası nədir? İsrail güclü tərəf kimi günü-gündən mövqelərini hər kəsə yeridə bilib. Artıq Fələstin adlı dövlətin qurulub-qurulmaması İsrailin iradəsindən asılı vəziyyətə düşüb. Halbuki ilk illərdə vəziyyət və danışıqların predmeti tamam fərqli idi».

Mənbəmiz bildirir ki, problemlər oxşar olmasa da, müqayisə uğursuz olsa da, situasiya eynidir: «Bu gün Qarabağ problemindən istifadə edərək Bakını təzyiq altında saxlayan qüvvələr var. Söhbət Rusiyadan gedir. Qərb bu problemlə bağlı imitasiyaya daha az meyilli görünən tərəfdir. Əslində Qərbə müharibəsiz Cənubi Qafqaz sərf edir. Bununla Qərb Orta Asiyanın da təbii enerji ehtiyatlarına çıxış əldə etmiş olardı.

Bu gün Qarabağ probleminin hazırki səviyyədə qalması alnız Kremlin maraqlarındadır. Və hər zaman bu belə olub. Kreml Bakını müxtəlif istiqamətlərdən sıxa bilsə də, Azərbaycanda etnik-dini separitizmi qızışdırmaqla, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarını qovma təhdidini gündəmə daşımaqla və digər buk imi vasitələrlə əlavə təzyiq imkanlarının olduğunu nümayiş etdirsə də, yenə də Qarabağ problemi Kremlin Bakıya qarşı əsas silahıdır.

Və elə buna görə də Kremlin bu silahı asanlıqla tərk etməsi inandırıcı deyil. Ona görə də üzümüzə gələn il Qarabağı nəyin bahasına olursa-olsun azad etməyi düşünən Bakıya qarşı artıq Rusiya açıq kəlmələrlə müqavimət göstərir. Və net şəkildə bildirirlər ki, Qarabağda hərbi əməliyyatları başlayan Azərbaycan qarşısında Ermənistanı yox, Rusiyanı görəcək. Necə ki hər zaman belə olub».

Mənbəmiz bildirir ki, prezidentlərin Vyana görüşü də Rusiyanın mətbəxində bişən bir hadisədir: «Ruslar bununla problemə münasibətdə və həm də elə regionda güc olduqlarını nümayiş etdirirlər. Ona görə də Kremlin bu niyyətini açıq şəkildə hiss edən rəsmi Vaşinqton da dərhal «prezidentlərin görüşünü dəstəkləyirik» şəklində münasibətlərini açıqladılar. Yəni bununla da «biz də varıq» demək istədilər. Amma fakt ondan ibarətdir ki, Qərb Qarabağ münaqişəsi məsələsində yoxdur. ATƏT-in Minsk Qrupu da formal bir təşkilatdır, Rusiyanın problemi nəzharətində saxlaya bilməsi üçün əyləncə vasitəsidir.

Ona görə də bu gün ATƏT-in Minsk Qrupuna qrupp üzvü olan ölkələrin diplomatları əla əyləncə və qazanc yeri kimi baxırlar. Bunu Azərbaycanın xarici siyasət idarəsində də yaxşı bilirlər və yaxşı anlayırlar ki, qruppa üzv ölkələrin həmsədrləri əslində regiona bahalı hədiyyələrin və gözəl istirahətin ardınca gəlirlər. Problemin həlli barədə isə illərdir nə real bir təşəbbüs yoxdur, nə də hər hansı yenilik. Prezidentlərin görüşü də formal xarakter daşıyır».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Prezident İlham Əliyev bu məsələdə Azərbaycanın yetərincə səbirli olduğunu dəfələrlə Minsk Qrupu həmsədrlərinin diqqətinə çatdırıb. Və İlham Əliyev bütün diplomatik qayda-qanunları bir kənara ataraq net şəkildə bəyan da edib ki, Bakı danışıqların aparılmasında maraqlı deyil. Və bu məsələ də artıq Qarabağla bağlı beynəlxalq təşkilatlar üçün ciddi siqnal rolunu oynayıb».


Mənbəmiz iddia edir ki, bir neçə gün əvəl Bakıda olduqları zaman ATƏT-in Mins Qrupunun həmsədrlərinə maraqlı təklifdə bulunulub: «Onlara bildirilib ki, artıq Bakı qrupun missiyası ilə bağlı hər hansı təşəbbüsdə iştirakçı olmaq istəmədyindən, danışıqlar dayandırılsın. Və bundan sonra prezidentlərin grüşü ideyası ortaya atılıb. Və ideyanın müəllifi də rusiyalı həmsədr olub».

Hər halda, bu faktın olduqca əhəmiyyətli olduğunu bildirən mənbəmiz Putinin İrəvana nəzərdə tutulan səfərini də təsadüfi hesab etmir.

Geri qayıt