Əsas Səhifə > Siyasət, Manşet > VƏHABİLƏRİMİZ DƏ ÖZ MEDİALARINI YARADIRLAR

VƏHABİLƏRİMİZ DƏ ÖZ MEDİALARINI YARADIRLAR


19-11-2013, 11:36
VƏHABİLƏRİMİZ DƏ ÖZ MEDİALARINI YARADIRLAR
«ƏBU BƏKR» DİNİ İCMASI İRANYÖNÜMLÜ DİNDARLARA UDUZMAQ İSTƏMİR

DİA.AZ: - Bu gün mətbuatın gücü, mətbuatın təsir imkanları bütün maraqlı çevrələr üçün cəlbeidicidir. Güclənmək istəyən, sözünü yeritmək istəyən hər bir güc ilk əvvəl mətbuat adlı silahı ələ keçirməyə çalışır. Elə buna görədir ki, dünyaya ağalıq edən və bu iddialarını hər zaman nümayiş etdirən masonlar məhz KİV-ləri nəzarətləri altında saxlamaqla istədikləri siyasətə nail ola bilirlər.

Deyəsən, bu məqam Azərbaycanda kifayət qədər gücə çevrilmiş vəhabilər üçün də vacib şərtə çevrilib. Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Azərbaycan vəhabiləri özlərinə aid media quruluşunun yaradılması qərarını veriblər.

Mənbəmiz bildirir ki, hətta bu məqsədlə «Əbu Bəkr» dini icmasının rəhbərliyi tərəfindən fətva da verilib: «Onlar öz aralarında məsləhətləşiblər. Məsləhətləşmələri zamanı bu gün İran yönümlü dindarların həm internet məkanında və həm də çap KİV-ində güclü olmasından şikayətləniblər. Vəhabilərin ancaq «Facebook», «youtube» kimi yerlərdə özlərini xəfif şəkildə təmsil etmələri də ciddi şəkildə tənqid olunub».

Mənbəmiz bildirir ki, bundan sonra qərara alınıb ki, Azərbaycan vəhabilərinin ayrıca internet portalı yaradılsın: «Maraqlıdır ki, bu məqsədlə «qardaşlar» arasında ilkin pul yığımı zamanı ortaya 50 min manat qoyulub. Bu isə onların kifayət qədər təminatlı olmalarının təzahürü kimi qiymətləndirilməlidir. Hər halda, bir «hoylamaya» bu qədər pulu hansısa təşkilatın ortaya qoyması ciddi faktordur. Xüsusən də bu təşkilat açıq təhlükə hesab olunursa»…

Geri qayıt