Əsas Səhifə > Gündəm, Manşet > ERMƏNİLƏR DAHA BİR «KƏNDİMİZİ» İŞĞAL EDİBLƏR
ERMƏNİLƏR DAHA BİR «KƏNDİMİZİ» İŞĞAL EDİBLƏR19-11-2013, 10:59 |
BUNDAN SORUMLU OLAN ƏBÜLFƏS QARAYEV TAMAŞAÇI KİMİ XUMARLANIR DİA.AZ: - Düşmən ermənilər təkcə Azərbaycanın ərazilərini işğal etməklə, özününküləşdirməklə özlərinə dövlət qurmayıblar, həm də bu ərazilərin tarixini saxtalaşdırır, həm bizə aid olan mədəni nümunələri də öz adlarına çıxaraq illərdir ki, dünyaya qırmızı-qırmızı yalanları danışırlar. Tamam biz əvvəllər yatmışdıq və bu səbəbdən ermənilər istədiklərini edirdilər. Hər halda, dünənə qədər belə bəhanələr gətirmişik. Ermənilərin təbliğatı fonunda əl-qolumuzu yanımıza sallamağımızı məhz bu cür əsaslandırmışıq. İndi nə baş verir? Məlumdur ki, neçə müddətdir ermənilər Azərbaycan türkünün «Sarı gəlin» incisini özününküləşdirməklə məşğuldurlar. Vəziyyət hətta o həddə çatıb ki, ermənilər bizim qardaş bildiyimiz Türkiyənin də ictimai rəyini öz xeyirlərinə dəyişməyə müvəffəq olublar. DİA.AZ-ın məlumatına görə, bu gün Ermənistan dövlətinin dəstəklədiyi bir kampaniya aparılır. Dünyanın demək olar ki, 100-ə yaxın ölkəsində, həmçinin sosial şəbəkələrdə «Sarı gəlin»in erməni mahnısı olduğunu təbliğ edən fəaliyyət sürdürülür. Biz isə yatırıq. Deyilənə görə, Azərbaycanda da mədəniyyət və turizm nazirliyi var. Deyilənə görə, bizim bu nazirliyimizə Əbülfəs Qarayev adlı bir nəfər illərdir rəhbərlik edir. Hanı bə bu nazirlik? Hanı bə Əbülfəs Qarayev? Qardaşlar, necə ki, Müdafiə Nazirliyi torpaqlarımızın işğalından sorumludur, eləcə də Mədəniyyət və Turizm Nazirliyi də mədəniyyətimizin işğalından sorumludur. Odur ki, artıq bir kəndi vermiş hesab oluna bilərik… əslində neçə belə mədəniyyət kəndimizi bu günə qədər düşmənə təslim etmişik. «Sarı gəlin» də ən strateji mədəniyyət kəndlərimizdən biri kimi itirilmiş hesab oluna bilər. DİA.AZ olaraq ermənilərin xorvatlarla birgə «Sarı gəlin»i «Sarı axçi» kimi oxumalırını sübutlayan daha bir faktı da diqqətinizə təqdim edirik. Yəni artıq «Sarı gəlin» kəndinə ermənilər turistləri də gətirir… Sıra səndədir, Elmar Məmmədyarov! «Sarı gəlin»in «Sarı axçi» kimi oxuyan xorvatları sal «qara siyahı»na… Onlara Azərbaycan mahnılarını oxumağı qadağan et… Başqa əlimizdən nə gəlir ki?! Geri qayıt |