Əsas Səhifə > Güney Press / Manşet > DÖVLƏT KOMİTƏSİ KARVANSARAYA ÇEVRİLİB

DÖVLƏT KOMİTƏSİ KARVANSARAYA ÇEVRİLİB


30-01-2012, 17:13
DÖVLƏT KOMİTƏSİ KARVANSARAYA ÇEVRİLİB

QƏRİB MƏMMƏDOVUN ƏCAİB VƏRDİŞİ ALƏMİ BİR-BİRİNƏ QATIB

DİA.AZ: - Azərbaycan hakimiyyəti anti-korrupsiya kampaniyasına başladıqdan sonra bir neçə məmuru işdən çıxarmaqla əvvəlcə cəmiyyətdəki narazılığın yatışacağını düşünürdü. Lakin sonradan məlum oldu ki, bununla iş bitməyəcək və ona görə də, başqa bir vasitəyə əl atmalı oldu.

Bir neçə icra başçısının dəyişdirilməsindən və ya yerlərinin əvəzlənməsindən sonra işlərin yenə də rəvan gedəcəyi düşünülmüşdü. Ancaq bunun da bir faydası olmadığı aşkarlanıb. İndi isə daxili çəkişmələrin də təkan verdiyi bir proses başlayıb.

Redaksiyamıza etibarlı mənbələrdən daxil olan məlumatda deyilir ki, hal hazırda hakimiyyət dairələri Torpaq və Xəritəçəkmə Komitəsi və onun sədri Qərib Məmmədovu hədəfə alıb. Mənbənin bildirdiyinə görə, bir müddət əvvəldən başlayaraq start götürən sıxışdırma prosesini indi də total yoxlamalar əvəz edib. Məlumatlara görə, aparılan yoxlamaların sonunda ciddi sıxıntıların yaşanacağı istisna edilmir. Hətta belə bir ehtimal da var ki, Qərib Məmmədov həbs oluna bilər. Daha doğrusu, komitədə bununla bağlı söz-söhbət gəzir.

Onu da xatırladaq ki, keçən günlərdə də bu barədə məlumatlar yaymışdıq və bildirmişdik ki, Qərib Məmmədova qarşı hakimiyyət içində az qala bir koalisiya da formalaşıb ki, bu işlərin başında da bir zamanlar keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevi məhbəsə yollamış Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov dayanır. Mənbəmiz bildirir ki, Kərəm Həsənov hətta Qərib Məmmədovla bağlı kompramat xarakterli materialları “yuxarılara” da ötürməklə məşğuldur. Bunun da nəticəsində DTXK az qala ayrı-ayrı nəzarətçi dövlət qurumlarının ayaqaltısına çevrilib. İki-gündən bir DTXK-da yoxlamanın olduğunu bildirən qaynağımıza görə bütün hədəflərin Qərib Məmmədovun həbsinə hesablandığını da söylədi.

Onu da qeyd edək ki, Dövlət Torpaq Komitəsinin sədri Qərib Məmmədov zaman-zaman gülməli hadısələrlə də üz-üzə qalıb. Belə ki, keçən ilin sonlarına yaxın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə yoxlamaya gələn Audit Palatasının nümayəndələri komitə sədrinin kabinetində qəribə hadisə ilə üz-üzə qalıblar. Aydın olub ki, Qərib Məmmədovun iş otağının arxasında istirahət otağı ilə yanaşı, bir hamam da olub.

Gördükləri mənzərədən şoka düşən audit əməkdaşlarına komitə sədrinin köməkçisi izah edib ki, Qərib Məmmədov hər gün ərzində ən azı iki dəfə bu hamamın imkanlarından yararlanmalı olur. Gülüşlə qarşılanan olay yuxarı dairələrə də məruzə edilir və Prezident Administrasiyasından Qərib Məmmədova son xəbərdarlıq gəlir ki, hamam dərhal bağlanmalıdır. Komitədən əldə etdiyimiz məlumata görə, komitə sədrinin kabinetinin iç otağında yaradılan hamam başqa məqsədlər üçün yox, sırf Qərib Məmmədovun gigenik qaydalara həddindən artıq aludə olması ilə bağlıdır.

Bunun səbəbi ilə bağlı tibbi ekspertlərin rəylərini də nəzərinizə çatdıracağıq. İlkin olaraq bildirilir ki, belə bir kompleksin yaranması iki səbəblə bağlı ola bilər. İlk növbədə ona görə ki, həmin şəxsdə ola bilsin ki, patoloji allergiya xəstəliyi var və bu səbəbdən o hər zaman özündə bir ağırlıq hiss edib belə bir addım atır. Digər səbəb kimi isə bu göstərilir ki, ola bilsin həmin şəxsin başqa problemləri var. Araşdırmamızı gözləyin.


Geri qayıt