Əsas Səhifə > Siyasət, Manşet > RÖVNƏQ ABDULLAYEV NƏDƏN HƏDƏFƏ ÇEVRİLƏ BİLƏR?

RÖVNƏQ ABDULLAYEV NƏDƏN HƏDƏFƏ ÇEVRİLƏ BİLƏR?


18-11-2013, 11:52
RÖVNƏQ ABDULLAYEV NƏDƏN HƏDƏFƏ ÇEVRİLƏ BİLƏR?
ARDNŞ ŞEFİ HƏLƏ DƏ «XIRDA-XURUŞ ALVERİ»NDƏN İMTİNA ETMƏYİBMİŞ…

DİA.AZ: - «Dövlət Neft Şirkətinin rəhbərliyində də dəyişiklik ola bilər». Bu şok məlumatı DİA.AZ-a hakimiyyətə yaxın mötəbər mənbə verib. Qaynaq iddia edir ki, ARDNŞ prezidenti postuna 2005-ci il parlament seçkilərindən sonra gətirilən Rövnəq Abdullayev artıq limitlərini xərcləyib qurtarıb.

Mənbənin söylədikləri: «Doğrudur, Rövnəq Abdullayevin hansısa istiqamətdə hər hansı ciddi yanlışlığı müşahidə olunmayıb. Amma indiki situasiya artıq onunla yola daam deyiləcəyi inandırıcı görünmür. Çünki bir çox istiqamətlərdə ARDNŞ şefinin durumu gərginləşib. Və vəziyyətdən çıxması da ağlabatan deyil».

Mənbə iddia edir ki, bu gün qeyri-leqal mazut biznesi kifayət qədər populyardır və bu biznesdə əsas bir neçə maraqlı fiqur hər zaman meydan sulayıb: «Xatırlayın, Rövnəq Abdullayev ARDNŞ-ə BNEZ rəhbərliyindən gəlmişdi. BNEZ-in adı isə Rövnəq Abdullayevin dövründə Gürcüstan yolu ilə gizli mazut biznesində hallandırılırdı. Və aydın olub ki, hətta ARDNŞ-ə gələndən sonra da Rövnəq Abdullayev bu xəttdən tamamilə imtina etməyib».

Mənbəmiz iddia edir ki, hər il bu yolla ARDNŞ şefinin şəxsi büdcəsinə ən azından 4-5 iilyon manata yaxın vəsait daxil olub: «Bəlkə də mazut biznesində bu pullar kiçikdir və Rövnəq Abdullayevin «gündəlik xərcləri»ni ödəməsi üçün nəzərdə tutulmuşdu. Amma artıq vəziyyət elədir ki, ARDNŞ şefi həmin xətti ilə bağlı «yuxarılar» qarşısında hesabat vermək zorundadır».

Onu da xatırladaq ki, Azərbaycanda mazut biznesində zaman-zaman ad çıxaran fiqurlar arasında ən populyar olanlardan biri keçmiş spiker Rəsul Quliyev olub, digəri isə keçmiş deputat Rza İbadov…

Geri qayıt