Əsas Səhifə > Gündəm, Manşet > FİZULİ ƏLƏKBƏROV ÖZÜ İLƏ YANAŞI KİMİ HƏDƏFƏ ÇEVİRDİ?

FİZULİ ƏLƏKBƏROV ÖZÜ İLƏ YANAŞI KİMİ HƏDƏFƏ ÇEVİRDİ?


18-11-2013, 09:20
FİZULİ ƏLƏKBƏROV ÖZÜ İLƏ YANAŞI KİMİ HƏDƏFƏ ÇEVİRDİ?
HANSISA SİYASİ MÖVQE ƏLDƏ EDƏ BİLMƏSƏLƏR, KÖÇ ETMƏLİ OLACAQLAR

DİA.AZ: - Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun və qardaşının - İsmayıllının keçmiş icra başçısı Nizami Ələkbərovun siyasi karyeralarının bitmədiyi və onların yenidən vəzifəyə gətirilmə ehtimallarının olması barədə xeyli əvvəlindən məlumat vermişdik. Ələkbərovlara yaxın qaynaqlar tərəfindən ötürülən informasiyadan aydın olur ki, onlar təkrar etimada layiq görülmələri üçün hərəkətdədirlər və hansısa qardaşlardan birinin vəzifə başında olmasına çalışırlar.

Bildirək ki, Ələkbərovların hazırki iqtidarla münasibətləri hələ 1995-ci ildən qurulmağa başlayıb. Həmin vaxt, İsmayıllıda üsyan nəticəsində devrilən Nizami Ələkbərov Mingəçevir şəhərindən deputat seçilərək öz soyadlarını siyasiləşdirməyə müvəffəq olmuşdu. Və bundan sonra YAP iqtidarı ilə Ələkbərovların sıcaq münasibətləri yarandı.

Rusiya paytaxtında çox ciddi biznes şəbəkələri olan Ələkbərovlar Azərbaycanda «İmproteks» şirkətini və onun qollarını yaratmaqla həm də Azərbaycanda yatırım sahibinə çevrildilər. Sonradan digər qardaş - Fizuli Ələkbərov şirkətdən siyasətə transfer olundu. Və o, Əli Nağıyevdən sonra əmək və əhalinin sosial müdafiəsi naziri postuna gətirildi.

Əslində İlham Əliyevin dövründə nazir vəzifəsinə yüksələn və elə İlham Əliyevin dövründə də nazir postundan alınan Fizuli Ələkbərovu kimlərsə bitmiş bir fiqur kimi dəyərləndirə bilər. Amma bunun belə olmadığı söylənilir və bu barədə DİA.AZ-a yeni məlumatlar ötürülüb.

Bilgili qaynaqlardan sızan informasiyalardan aydın olur ki, hələlik öz şirkətlərindən ixtisarlar aparmaq zorunda qalan Ələkbərovlar həm də toparlanma yolunu tutublar: «Onlar bu gün qardaşlardan hansısa birinin vəzifə başında olmasına çalışırlar. Çünki əks halda, daha çox şeyləri itirə biləcəklərinin fərqindədirlər. Onlar üçün başqa bir seçim yolu qalmayıb.

Əgər siyasi mövqelərini qoruya bilməsələr, illər ərzində siyasi mövqelərindən faydalanaraq əldə etdikləri iqtisadi imkanlarını da itirə bilərlər. Bu isə nəticədə «İmproteks», «Ceneral Motors Azerbaijan» və digər bu kimi şirkətlərin bağlanması deməkdir.

FİZULİ ƏLƏKBƏROV ÖZÜ İLƏ YANAŞI KİMİ HƏDƏFƏ ÇEVİRDİ?

Ona görə də Ələkbərovlar Fizuli Ələkbərovun nazir postundan alınacağını təxmin etdiklərindən yenidən Nizami Ələkbərova şans verilməsi üçün son aylarda gərgin əmək sərf edirdilər. Amma alındıra bilmədilər. Yəni Fizuli Ələkbərovun gedişinə qədər bu, mümkün olmadı»

Mənbəmiz iddia edir ki, bu gün Ələkbərovlar ciddi çalışır: «Amma ehtiyatı da əldən vermirlər. Artıq əllərindəki maddi imkanları yenidən Rusiyaya daşıma yolunu tutublar. Yəni bizneslərini köçürürlər. Əgər nəyəsə nail ola bilməsələr, bu proses Ələkbərovların BÖYÜK KÖÇÜnə çevrilə bilər».

Geri qayıt