Əsas Səhifə > Cəmiyyət > “AYDIN CANIYEVİ YAXŞI ADAM KİMİ TANIYIRIQ”

“AYDIN CANIYEVİ YAXŞI ADAM KİMİ TANIYIRIQ”


29-09-2011, 13:14
“AYDIN CANIYEVİ YAXŞI ADAM KİMİ TANIYIRIQ”

REDAKTORLAR BİRLİYİ LƏNKƏRANDA TƏHQİQATLARA BAŞLADI

Redaktorlar birliyinin təşəbbüsü ilə bir qrup jurnalist bu gün Lənkəranda jurnalist Aydın Canıyevin işi ilə bağlı müstəqil təhqiqatlara başlayıblar. Lənkərana ezam olunmuş müxbirimiz Elmin Bədəlovun musavat.com-a verdiyi məluamata görə onlar bir qrup dindarlarla görüşüblər:

"Bizə dedilər ki, Aydın Canıyevi çox yaxşı bir adam kimi tanıyırıq. Yəni, onun həbsinin başqa səbəbləri var. Hazırda biz hadisə baş verən Təpnəkəran kəndinə yola düşmümşük".

Qeyd edək ki, bir gün öncə RATİ-də Redaktorlar Birliyinin toplantısı zamanı qərara alınmışdı ki, polis tərəfindən 2 ay müddətinə saxlanmış zona müxbiri Aydın Canıyevin işi müstəqil təhqiqat aparılaraq araşdırılsın.

Geri qayıt