Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇISI ÖZÜNƏ OLAN ETİMADI NƏDƏN İTİRİB?
İCRA BAŞÇISI ÖZÜNƏ OLAN ETİMADI NƏDƏN İTİRİB?16-11-2013, 13:45 |
XƏZƏR ASLANOV RAYONA AYRILAN PULLARIN XƏRCLƏNMƏSİNDƏN KƏNARDA DİA.AZ: - Daha bir rayonda maliyyə yoxlamaları icra başçısına ciddi əngəl yarada bilər. DİA.AZ-a daxil olan informasiyalardan bəlli olur ki, Xızıya dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsi ilə bağlı verilən hesabatlarda ciddi uyğunsuzluğun müşahidə olunması rayon icra başçısı Xəzər Aslanov üçün ciddi başağrısına çevrilməkdədir. Xatırladaq ki, bir neçə gün əvvəl anoloji qaydada Neftçala rayonu ilə bağlı problemin yarandığı söylənilirdi. Doğrudur, sonradan bununla bağlı açıqlama verən Neftçalanın icra başçısı hər hansı maliyyə yoxlamalarının aparılmadığını iddia etdi. Amma fakt ondan ibarət idi ki, bütün rayonların maliyyə hesabatlarında olduğu kimi, Neftçalanın da maliyyə hesabatları ciddi şəkildə təftiş edilib və bu zaman icra başçısının yerli maliyyə şöbəsinin müdiri ilə əl-ələ verərək ciddi maxinasiyaya imza atdığı aydınlaşıb. Amma maraqlı orasıdır ki, bu faktlar sonradan ört-basdır edilib. Elə buna görə də mətbuata rahatlıqla açıqlama verən başçı «yayılan xəbərlər yalandır» deyərək, arxayınçılığını da nümayiş etdirib. Redaksiyamızın əldə etdiyii son məlumatlarda isə bildirilir ki, Xızı ilə bağlı vəziyyət isə artıq «yuxarıların» da diqqətini cəlb etdiyindən, Xəzər Aslanovun bui şlə əlaqədar böyük problemlər yaşayacağı gözlənilir: «Artıq maliyyə nazirliyinin ekspertləri yekun nəticələri açıqlayıblar və müəyyən olunub ki, Xızıya ayrılan büdcə vəsaitlərinin təxminən 1 milyon manata yaxın hissəsi ilə bağlı şübhələr var». Xatırladaq ki, bu günlərdə yenidən bu rayona pul ayrılıb və gələn məlumatlarda deyilir ki, həmin vəsait hələlik rayonun büdcəsinə daxil edilməyib ki, bunun da əsas səbəbi məhz icra başçısı ilə bağlı ortada olan qeyri-müəyyənlikdir. Bildirək ki, prezidentin sərəncamına əsasən, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3 milyon manatı Xızı Rayon İcra Hakimiyyətinə ayrılıb. «Amma bu vəsaitin xərclənməsinin Xəzər Aslanova etibar olunacağı gözlənilən deyil». Bunu da mənbəmiz bildirir: «Çünki artıq ona qarşı bir etimadsızlıq var. Və ola bilsin ki, yaxın günlərdə Xızı rayonu ilə bağlı mühüm dəyişiklik qərarı verilsin». Geri qayıt |