Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: AZƏRBAYCAN QARABAĞ NAMİNƏ HƏRƏKƏTƏ KEÇDİ

ŞOK: AZƏRBAYCAN QARABAĞ NAMİNƏ HƏRƏKƏTƏ KEÇDİ


16-11-2013, 13:23
ŞOK: AZƏRBAYCAN QARABAĞ NAMİNƏ HƏRƏKƏTƏ KEÇDİ
RƏSMİ BAKININ TƏLİMATLANDIRDIĞI ŞƏXSLƏR ARASINDA ŞOK ADLAR VAR

DİA.AZ: - «Dağlıq Qarabağ problemi ilə bağlı rəsmi Bakı dünyanın böyük gücləri ilə danışıqlar aparır». Bu məlumat DİA.AZ-a diplomatik mənbələrdən ötürülüb. Məlumatı verən qaynaq iddia edir ki, uzun illər ərzində Azərbaycan iqtidarının dostluq etdiyi mübhəm çevrələr danışıqlarda əsas təşkilatçılığı üzərlərinə götürüblər.

Mənbənin söylədikləri: «Məlumdur ki, hər bir dövlətin məhz bu şəkildə lobbiləri olur. Azərbaycan hakimiyyəti də uzun illərdə ərzində ABŞ, Fransa, Rusiya, Böyük Britaniya, Almaniya, İsrail və digər bu kimi nüfuzlu təsir dairəsinə malik ölkələrdə öz dayaqlarını formalaşdıra bilib. Hətta bu vaxta qədər açığa çıxmayan kifayət qədər gizli dəstəkverici qüvvələr də mövcuddur».

Mənbə iddia edir ki, həmin qüvvələr son iki ayda Bakıdan Qarabağ münaqişəsinin hərb yolu ilə həll olunmasına şəraitlə bağlı təlimat alıblar: «Azərbaycan dövləti silahlanma mərhələsinin son qötəsinə uğurla keçid edə bilməsi üçün ciddi hərəkətlənmədədir».

Məlumatı verən qaynaq bu arada maraqlı bir faktı da açıqladı: «Bu gün Bakıya dəstək verənlər arasında zamanında diplomat kimi fəaliyyət göstərmiş və Amerikanın siyasi dairələrində kifayət qədər nüfuz sahibi olan bir isim də var. Təbii ki, onun adının açıqlanması doğru olmazdı. Sadəcə bir məsələni qeyd etmək olar ki, bu adam ABŞ adından dünyanı yönəldən 33 nəfərdən biridir. Həmin şəxs də məhz Azərbaycan dövləti adından təlimatlandırılıb».

Bu faktın kifayət qədər ciddi olduğunu bildirən mənbəmizə görə, rəsmi Bakı «icazəli qəhrəmanlıq» yox, Qarabağ probleminin öz maraqlarına uyğun şəkildə həlli üçün yeni siyasi xətt yürütməkdədir: «Müharibəni hərbçilər aparsa da, udan da, uduzan da diplomatlardır. Bu vaxta qədər biz əsas olaraq diplomatiya cəbhəsində uduzmuşuq. Qarabağı da məhz bu cəbhədə verdik. Əgər diplomatlarımız məğlub olmasaydı, Qarabağın işğalında mühüm rol oynamış rus qoşunları təkcə Azərbaycanın bizim nəzarətimiz altında olan deyil, həm də nəzarətimiz altında olmayan ərazilərindən də çıxarılardı.

Amma məhz diplomatlarımızın zəifliyi səbəbindən, bu istiqamətdəki axsaqlığımız nəticəsində Qarabağı itirmişik. Və indi də qeyd etdiyimiz cəbhədə atəşkəsi pozmaq zorundayıq ki, səngərdə əldə edə biləcəyimiz mümkün uğurları davamlı edib, rəsmiləşdirə bilək. Əks halda, Azərbaycanın nüvə silahının olması belə Qarabağ cəbhəsində heç nəyi dəyişdirə bilməz».

Geri qayıt