Əsas Səhifə > Ölkə / Manşet > GƏNCƏ KRİMİNAL PAYTAXTA ÇEVRİLİR

GƏNCƏ KRİMİNAL PAYTAXTA ÇEVRİLİR


30-01-2012, 15:08
GƏNCƏ KRİMİNAL PAYTAXTA ÇEVRİLİR

ÖLKƏNİN İKİNCİ ƏN BÖYÜK ŞƏHƏRİNİ KİMLƏR VİRAN QOYUB?

DİA.AZ: - В«Gəncə xanıВ» adını В«haqq etmişВ» Elmar Vəliyev ölkənin ikinci şəhərini həm də ölkənin В«kriminal paytaxtınaВ» çevirib. Bu barədə qənaət Gəncədəki qaynaqlardan aldığıız informasiyalar əsasında formalaşır. Belə ki, Gəncədən В«DünyaВ» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) ötürülən xəbərlərə görə, Elmar Vəliyev son günlər şəhərin krminal ünsürlərinə əməlli-başlı ayaq verib (Gəncəlilərin təbirində işlənən bu ifadənin anlamı В«şərait yaratmaqВ» mənasını verir).

Mənbə bildirir ki, Gəncədə son günlər yerli sahibkarlara divan tutan dəstə peyda olub: В«Əvvəllər belə şeylər yox idi. İndi dükanlara haqq qoyurlar. Hətta sahibkarlardan В«türməyə qrev gedirВ» adı altında pul da yığırlarВ».

Mənbəmiz xatırladır ki, mərhum prezident Heydər Əliyev gələndən sonra kriminal aləmin avtoritetləri Gəncədən yığışmışdı: В«Bu zaman xeyli sayda cinaətkar dəstə zərərsizləşdirildi. İndi isə vəziyyət yenidən pisləşib. Heç Eldar Əizovun vaxtında da belə deyildi. Elmar Vəliyevlə yerli polisin arasındakı düşmən mühit bəlkə də bu durumu daha da acınacaqlı edir. Çünki polis icra başçısının himayəsi altında olan kriminal qruplaşmalara söz deyə bilmirВ».

Gəncədən gələn bir başqa məlumatda isə vurğulanır ki, Elmar Vəliyev bu günlərdə yerli polis tərəfindən həbs edilmiş gəncəli kriminallardan birinin azadlığa çıxmasında da rol oynayıb: В«Onun adının açıqlanması məqsədəuyğun deyil. Amma əncədə uşaqdan-böyüyə hər kəs bu hadisəni yaxşı bilirВ».

Mövzu diqqətimizdədir…


Geri qayıt