Əsas Səhifə > Cəmiyyət, Manşet > ERMƏNİLƏRİN BAKINI QARIŞDIRMA PLANI

ERMƏNİLƏRİN BAKINI QARIŞDIRMA PLANI


30-01-2012, 12:26
ERMƏNİLƏRİN BAKINI QARIŞDIRMA PLANI

BÜTÜN ERMƏNİSTANDA «AVROVİZİYA» İLƏ BAĞLI HƏYƏCAN TƏBİLİ ÇALINIB

DİA.AZ: - Bir müddət əvvəl Bakıda düzənlənəcək «Avroviziya-2012» mahnı yarışmasında iştirak etməyəcəyi ilə bağlı xəbəri yayılan, lakin sonradan Azərbaycana gələcəklərini bəyan edən düşmən ermənilər bu müsabiqə ilə bağlı həyəcan təbili çalıblar.

DİA.AZ-ın Ermənistanın «panorama» xəbər portalına istinadən yaydığı məlumatda deyilir ki, Bakıda düzənlənəcək yarışma ilə əlaqədar Ermənistanın İctimai kanalı tərəfindən xüsusi komissiya yaradılıb və Bakıya göndəriləcək iştirakçını musiqişünaslardan, televiziya mütəxəssislərindən və müsiqi prodüserlərindən ibarət komissiya müəyyən edəcək.

Bundan əlavə, digər erməni qaynaqlarının yaydığı məlumatda isə bildirilir ki, düşmənlərimiz Bakıda qələbəyə ümidli olduqlarından bu yarışma üçün xüsusi mahnının seçilməsində də maraqlıdırlar. Bu barədə məlumatı yayan «armenianreport» bildirir ki, ya seçilən mahnı birinci yerə çıxmalıdır, ya da Azərbaycanda ermənilər böyük səs-küy yaratmalıdırlar.

Hər halda, ermənilərin Bakı ilə bağlı planlarının nədən ibarət olacağını təxmin etmək o qədər də çətin deyil. Çünki bu günə qədər yayılan xəbərlərdə də qeyd olunur ki, onlar yarışmaya Azərbaycan türkünə aid xalq mahnılarından birinin yeni oranjimanı ilə qatılmağı planlayırlar. Ki, buna da Bakının etiraz edəcəyi şübhəsizdir.


Geri qayıt