Əsas Səhifə > Siyasət, Manşet > DEPUTATIN ŞİRKƏTİNƏ ƏLAVƏ ŞANSLAR TANINIB

DEPUTATIN ŞİRKƏTİNƏ ƏLAVƏ ŞANSLAR TANINIB


15-11-2013, 14:12
DEPUTATIN ŞİRKƏTİNƏ ƏLAVƏ ŞANSLAR TANINIB
BAKI METROSUNDAN ÇIXARILAN «METROSERVİS»İ «QASİD» FİRMASI ƏVƏZLƏYİR

DİA.AZ: - Dünən xəbər verdiyimiz kimi, Bakı metropolitenində qəzet və kitab satışı ilə məşğul olan «Metro servis» şirkəti özü Bakı Metropoliteni ilə əməkdaşlığa son qoyub.

Bu barədə danışan Bakı Metropolitenin mətbuat katibi Nəzakət Tarıverdiyeva məlumat verib. O, ayın 14-dən etibarən metro ərazisində köşklərin bağlandığını və qəzetlərin, kitabların geri qaytarıldığını bildirib. Mətbuat katibi şirkətin metroda icarə haqqının qaldırılması səbəbindən “Metro servis” şirkəti ilə əməkdaşlığa son qoyulması barədə yayılan xəbərlərə də aydınlıq gətirib: ”Bunlar hamısı şayiədir. Bizdə qiymət qalxmayıb. Ümumiyyətlə, Bakı Metropolitenində bununla bağlı heç artım nəzərdə tutulmayıb”.

DİA.AZ-a bu barədə daxil olan informasiyalardan isə aydın olur ki, əslində «Metroservis»in fəaliyyətinin dayandırılmasına səbəb, metro ərazilərində qəzet satışı hüququnun başqa bir yayım şirkətinə verilməsilə əlaqədardır.

Məlumatı verən mənbə bildirir ki, bundan sonra metropoliten hüdudları içində qəzet yayımı işinə «Qasid» Mətbuat Yayımı firması nəzarət edəcək. Xatırladaq ki, son zamanlar «Qasid»in köşkləri şəhərin ayrı-ayrı yerlərindən yığışdırılmışdı ki, bunun da nəticəsində yayım şirkətinin qəzet redaksiyalarına külli miqdarda borcu yaranmışdı.

Bildirək ki, «Qasid» firmasına deputat Mirkazım Kazımov rəhbərlik edir. Və anlaşılanı da odur ki, «yuxarılar» metropoliten ərazisini «Qasid»ə verməklə əvvəlki balansı bərpa etmək niyyətindən çıxış edib.

Geri qayıt