Əsas Səhifə > Sosial, Manşet > HANSI YENİ NAZİR PULUN AZLIĞINDAN NARAZILIQ EDİB

HANSI YENİ NAZİR PULUN AZLIĞINDAN NARAZILIQ EDİB


15-11-2013, 11:57
HANSI YENİ NAZİR PULUN AZLIĞINDAN NARAZILIQ EDİB
HEYDƏR ƏSƏDOVUN AYRILAN VƏSAİTƏ ETİRAZI BƏZİLƏRİNDƏ TƏƏCCÜB YARADIB

DİA.AZ: - İsmət Abbasovun «qurtuluş» xarakterli yeni təyinatından sonra kənd təsərrüfatı naziri postuna təyin olunan Heydər Əsədovun maraqlı bir fiqur olduğu hər zaman diqqətlərdə olub. Elə redaksiyamızın əldə etdiyi son informasiya da belə deməyə əsas yaradır.

Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, gələn il üçün dövlət büdcəsindən kənd təsərrüfatı nazirliyinə ayrılan vəsaitin həcmi yeni nazirdə narazılığa səbəb olub.

Bildirək ki, Hesablama Palatasının rəhbərliyindən KTN şefi görəvinə gətirilən Heydər Əsədov sahəsinin çox ciddi mütəxəssisi də hesab olunur: «Yeni nazir KTN-yə ayrılan vəsaitin görülməsi nəzərdə tutulan işlərin səmərəliliyi üçün yetərli olmadığını əsas gətirərək, əlavə vəsaitin ayrılması üçün müraciət edib».

Məlumatlarda o da deyilir ki, Heydər Əsədovun bu etirazı «yuxarılar» tərəfindən normal qarşılansa da, bəzi köhnə məmurlar ona etiraz etməməsini də ilk başdan məsləhət görübmüşlər. Yəni ilk dəfədir ki, nazir büdcə pulunun azlığından giley edir.

Geri qayıt