Əsas Səhifə > Şou-biznes > "HƏR ŞEYDƏN XƏBƏR TUTACAQSINIZ"

"HƏR ŞEYDƏN XƏBƏR TUTACAQSINIZ"


15-11-2013, 11:48
"HƏR ŞEYDƏN XƏBƏR TUTACAQSINIZ"
Milli.Az xəbər verir ki, bu sözləri lent. az-a “Keyxanım” obrazı ilə tanınan əməkdar artist Ülviyyə Əliyeva deyib. Aktrisa bildirib ki, həftənin yeddi günü çəkilişlərdə olduğuna görə istirahət edə bilmir:

“Hazırda bir neçə layihədə iştirak edirəm. Bu layihələrlə yanaşı, başqa proyektlərə də dəvət almışam. İndi daha çox istirahət üçün vaxt qıtlığından əziyyət çəkirəm. Elə layihə var ki, orada altı-yeddi saat çəkilişdə oluram. Çəkilişdən sonra da evə yorğun gəlib çıxıram.

“Keyxanım” onu da əlavə edib ki, televiziya layihələrindən kənarda insanlar onu sadə geyimlərdə az görə bilərlər: “Əksər hallarda səhnə geyimində və makiyajda oluram. Artıq uzun illərdir bu cür yaşayıram, ona görə elə bilirəm ki, belə də olmalıdır”.

Aktrisa sonra şəxsi həyatından danışıb və ailə qurmaq xəbərinə münasibət bildirib: “Ailə quracağımı açıqlayandan sonra bir çoxları mənə şəxsi həyatdan sual verməyə başladılar. Amma mən şəxsi həyatımın müzakirə olunmasını heç vaxt istəməmişəm. İnşallah, toy olsun, hər şeydən xəbər tutacaqsız”.

Geri qayıt