Əsas Səhifə > Siyasət, Manşet > NEFT ŞİRKƏTİNİN GİZLİ BOSSLARINDAN BİRİ «VURULDU»

NEFT ŞİRKƏTİNİN GİZLİ BOSSLARINDAN BİRİ «VURULDU»


15-11-2013, 11:37
NEFT ŞİRKƏTİNİN GİZLİ BOSSLARINDAN BİRİ «VURULDU»
NƏHAYƏT RÖVNƏQ ABDULLAYEVİN HƏBİB HÜSEYNOVA GÜCÜ ÇATA BİLDİ

DİA.AZ: - Dövlət Neft Şirkətində yeni dəyişiklik baş verib. DİA.AZ-a qurumdakı mənbələrdən daxil olan informasiyada qeyd olunur ki, Rövnəq Abdullayev ARDNŞ-də bir nüfuzlu məmuru vəzifəsindən kənarlaşdırıb, digəri ilə bağlı isə tədarük görür. Onlardan biri - vəzifəsindən kənarlaşdırılanı neft şirkətinin fəhlə təchizat idarəsinin rəisi Həbib Hüseynovdur.

Məlumatlı mənbə bildirir ki, prezident seçkilərindən sonra ARDNŞ prezidenti Həbib Hüseynovun idarəsinin yoxlanmasına göstəriş verib. Son 5 ildəki fəaliyyətin yoxlanılması hər halda təsadüfi fakt kimi qiymətləndirilmir. Məlumat üçün bildirək ki, Rövnəq Abdullayev 2005-ci ildə ARDNŞ-nin prezidenti təyin edilib. Həbib Hüseynov isə 2002-ci ildən şirkətin təchizat idarəsinin rəisi vəzifəsində işləyir. Neft şirkətinin bu idarəsi bütün işçilər üçün geyim, ərzaq təminatını həyata keçirir. Bu zəruri təchizatın alınması üçün tenderlər keçirir. Və keçirilən tenderlərin adətən ən kiçik büdcəsi 1 milyon dollara bərabər olur. Məhz bu sahədən əldə edilən gəlirlər də kifayət qədər yüksəkdir və görünən odur ki, Həbib Hüseynov bu gəlirlərinə Rövnəq Abdullayevi şərik etmək istəmir. Bu baxımdan da R.Abdullayev fürsətdən istifadə edərək H.Hüseynovu prossesdən uzaqlaşdırmaq istəyir.

Bu barədə mənbənin redaksiyamıza bildirdikləri: "Birliyin Fəhlə Təchizatı İdarəsi həmişə korrupsiya ilə məşğul olub. Məsələ ondadır ki, hamının "Ors" kimi tanıdığı bu idarə "Azneft" İB-nin demək olar bütün strukturlarını ərzaqla təmin etməlidir. Qaydalara görə, məsələn, dənizdə çalışan hər bir işçiyə 1 sutka üçün 3 yeni manat yemək pulu verməlidir. Faktiki olaraq, ayda 60 manat verilməli olduğu halda, "Ors" hər bir nəfərə pulun əvəzində ərzaq paylayır. Məbləğinə gələndə, 60 manatın əvəzində 20-30 manatlıq ərzaq verilir. Bu ərzaq keyfiyyətli olsa, dərd yarıdır. Olduqca keyfiyyətsiz və bazar qiymətindən iki-üç dəfə baha hesablanır".

Məlumatlı mənbə bildirir ki, Rövnəq Abdullayevin vəzifəsindən almağa hazırlaşdığı ikinci şəxslə bağlı isə qəti qərar yaxın günlərdə açıqlanacaq. Bizi izləyin… Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt