Əsas Səhifə > Hadisə > SİLAHA ƏL ATAN HACININ YASINA KİMSƏ GƏLMƏDİ
SİLAHA ƏL ATAN HACININ YASINA KİMSƏ GƏLMƏDİ15-11-2013, 11:25 |
Əfsuslar olsun ki, hər ahıl yaşda olan şəxsə ağsaqqal demək olmur. Onların hərəkətləri bəzən insanı pis mənada təəccübləndirir. Astara rayonunda həyat yoldaşını və özünü öldürən 83 yaşlı İsmayıl Qulamovun sağlığındakı pis əməlləri də törətdiyi cinayətindən geri qalmır. Kənd sakinlərin Milli.Az- bildiriblər ki, pis əməllərinə görə övladları İ.Qulamovdan imtina edərək ayrı yaşayırmış. Üç dəfə arvad alan İ.Qulamovun qətlə yetirdiyi Məhbubə Nurəliyeva isə onun qaynının həyat yoldaşı olub. Dünən o, Məhbubəni xüsusi amansızlıqla öldürüb. İlk olaraq bıçaqla bədəninə xəsarət yetirəndən sonra güllə ilə öldürüb. Onların dəfnində də heç kim iştirak etməyib, yas saxlayan da yoxdur. Onları dünən kənd icra nümayəndəliyi qonşularla birlikdə dəfn ediblər. Qızıl alveri ilə məşğul olan İ.Qulamov bir neçə dəfə övladına toy edən qonşusuna saxta qızıl satıbmış. Bu məsələ polisə qədər gedib çıxıbmış. Son zamanlar isə hər kəs haqqında pis fikirlər söyləyirən İ.Qulamov hətta Həcc ziyarətinə gedibmiş. --------- 10:42 Ahıl yaşda olan kişi amansız cinayət törədib. Hadisə Astara rayonunun Sığaloni kəndində baş verib. Dünən 83 yaşlı İsmayıl Qulamov ov tüfəngi ilə 72 yaşlı arvadı Məhbubə Nurəliyevanı öldürüb. İ.Qulamov daha sonra isə özünü güllələyib. Hazırda faktla bağlı istintaq gedir. Qətlin hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Milli.Az-ın rayon prokuroru Zakir Saatova ünvanladığı suala “hər adama telefonla məlumat vermirəm” cavabını verdi. Geri qayıt |