Əsas Səhifə > Ölkə, Manşet > XANLAROVANIN SƏHHƏTİNDƏ PROBLEM YARANIB
XANLAROVANIN SƏHHƏTİNDƏ PROBLEM YARANIB14-11-2013, 16:18 |
DİA.AZ: - Zeynəb Xanlarova əməliyyat olundu. Bu barədə məlumat yayılıb. Xalq artisti, millət vəkili Zeynəb Xanlarova bir neçə gün öncə ağır ürək əməliyyatı keçirib. DİA.AZ bildirir ki, “unikal.org”a daxil olan məlumata görə millət vəkilinin səhhəti gözlənilmədən pisləşib və nəticədə həkim müdaxiləsinə ehtiyac yaranıb. İlk müayinədən sonra əməliyyatın keçirilməsi qərarlaşdırılıb. Mənbənin sözlərinə görə ürək əməliyyatı uğurla həyata keçirilib və xalq artisti hazırda özünü yaxşı hiss edir. Geri qayıt |