Əsas Səhifə > Hadisə > UKRAYNDAKI SƏFRİLİYİMİZDƏ FÖVQƏLADƏ TOPLANTI
UKRAYNDAKI SƏFRİLİYİMİZDƏ FÖVQƏLADƏ TOPLANTI14-11-2013, 11:37 |
Rusiyadan sonra Ukraynada yaşayan azərbaycanlılar da skinxedlərin hücumuna məruz qalıblar. Virtualaz.org xəbər verir ki, bu barədə bizimyolinfo.com-a Ukraynanın paytaxtı Kiyevdə yaşayan, bu ölkənin vətəndaşı olan Samirə Əliyeva məlumat verib. Onun sözlərinə görə, dünən Ukrayna vətəndaşı olan azərbaycanlılar və Azərbaycan vətəndaşı olanlar, tələbələr təcili səfirliyə çağırılıblar: “Ukraynada başqa millətdən olan insanların vəziyyəti gərgindir. Srağagün 25 yaşlarında azərbaycanlı hamilə qadın skinxedlər tərəfindən öldürülüb. Dünən axşam azərbaycanlı tələbələrin qaldıqları yataqxanaya 40 yaxın skinxed hücum edib, «beşbarmaq» deyilən silahla bir tələbənin üzünə ağır xəsarət yetirilib, qalan tələblərlə onlar arasıda dava baş verib. Skinxedlərin hücumunın davamlı və təhlükəli olması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyi bu gün (dünən-red.) təcili iclas çağırıb. Səfirin bütun tələbələr və vətəndaşlar üçün tapşırığı bu oldu ki, məcbur qalmadıqca çölə çıxmayın, kimsəylə işiniz olmasın, heç bir qıza söz atmayın və.s. Gözləyək görək axırı nə olur”. Samirə Quliyeva bildirib ki, üç gün öncə Xarkovda iki azərbaycanlı öldürülüb: “Tələbə yataqxanasına olan hücum tələbələri hiddətləndirib. Tələbələr səfirə dedilər ki, hücum təkrarlansa, bu dəfə sakit olmaycaqlar. Onu da qeyd edim ki, üzündən vurulan tələbəni səfirliyin iclasında gördüm, özünü yaxşı hiss edirdi, əməliyyat olunub”. S.Quliyeva deyib ki, səfirlikdən ölmüş hamilə qadının adının açıqlanmasını istəsələr də, bu barədə məlumat verilməyib. O, Ukraynada yaşayan azərbaycanlıların həyatının təhlükədə olduğunu bildirərək yerli və Azərbaycan mətbuatının bu hadisəni işıqlandırmadığını qeyd edib: “Artıq bir qrup azərbaycanlı Ukraynanın tərk edərək Bakıya qayıtmaqda qərarlıdır. Belə söhbət də var ki, Ukrayinanın Avropa Birliyinə qəbulu gözlənildiyi üçün bu rəsmi Moskvanı qıcıqlandırıb, Ukraynada təxribatların olması Rusiyanın marağındadır”. Geri qayıt |