Əsas Səhifə > Siyasət, Manşet > ZAKİR HƏSƏNOVUN ŞOK ADDIMLARI HƏLƏ İRƏLİDƏDİR

ZAKİR HƏSƏNOVUN ŞOK ADDIMLARI HƏLƏ İRƏLİDƏDİR


14-11-2013, 11:29
ZAKİR HƏSƏNOVUN ŞOK ADDIMLARI HƏLƏ İRƏLİDƏDİR
İLGİNC: YENİ NAZİR HANSI GENERALLARI İŞDƏN ÇIXARMAĞI PLANLAYIR?

DİA.AZ: - Müdafiə Naziri Zakir Həsənov kadr islahatlarını davam etdirir. Görüntüdə olanı da budur ki, yeni nazir heç də bəzi çevrələrin iddia etdiyi kimi orudunu «Səfər Əbiyevin kadrlarından» təmizləmə yolunu yox, ordunu qeyri-peşəkarlardan təmizləmə yolunu seçib. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbə məlumat verib.

Qaynaq iddia edir ki, Zakir Həsənovun bir hərbçi peşəkarlığını ilk gündən şübhəyə alanlar da oldu. Hətta onu DQ qoşunların komandanı olması və bu qoşunlardan mitinqlərdə istifadə olunmasını xatırladaraq, bəzi KİV-lər yeni nazirə qarşı qarayaxma kampaniyasına da girişdilər: «Təbii ki, bu gün vəzifə başında olanlar mövqelərini itirmək istəməzlər. Və Zakir Həsənovun hədəfində olan MN məmurları da özlərini bu şəkildə «müdafiə etməyə» girişiblər və elə zənn edirlər ki, müdafiə olunurlar.

Amma realda mənzərə tamam başqadır. Bu günlərdə ordunun yerdəyişməsiylə bağlı mətbuatda bir informasiya yer aldı. Diqqət etsəniz, görərsiniz ki, bu məlumatı yayan xəbər portalı istinad kimi «hərbi mənbələri» nişan verir. Yəni müdafiə nazirliyi qaynaq deyil. Amma buna baxmayaraq, bu gün müdafiə nazirliyi belə bir məlumatı yayan tərəf kimi seçilərək, qeyri-peşəkarlıqda ittiham olunur».

Mənbəmiz bildirir ki, bütün bunlar kampaniya xarakteri daşısa da, Zakir Həsənovun başlatdığı siyasəti durdurmasına nədən ola bilməz: «Bu gün ordunun kabinet generalları yeni naziri gözdən salmağa belə çalışırlar. Amma onlarla bağlı ali baş komandanın qərarı alınacaq».

Konkret kimlərdən söhbətin getdiyi barədə mənbəmiz sussa da, yaxın günlərdə ordu rəhbərliyində şok yeniliklərin olduğunu da bildirdi.

Geri qayıt