Əsas Səhifə > Gündəm, Manşet > ELDAR HƏSƏNOV HÜCUMLARI NECƏ DƏFƏ EDƏ BİLDİ?
ELDAR HƏSƏNOV HÜCUMLARI NECƏ DƏFƏ EDƏ BİLDİ?14-11-2013, 10:53 |
KEÇMİŞ BAŞ PROKUROR DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHDDƏ İTTİHAM OLUNURDU DİA.AZ: - Bir müddət əvvəl Azərbaycanın keçmiş baş prokuroru Eldar Həsənova qarşı çox ağır ittihamlar səsləndirilsə də, nədənsə bu olayın üstünə çox gedilmədi. Bildirək ki, keçmiş baş prokuror hazırda Azərbaycanı Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinada təmsil edir və onun bir ara hətta Bakıya yüksək vəzifəyə gətiriləcəyi də iddia olunurdu. Amma sonradan Eldar Həsənova qarşı ağır ittihamlar səsləndirildi. Hətta keçmiş baş prokuror müxalifətlə, həmçinin Azərbaycanda çevriliş hazırlayan kənar güclərlə işbirliyində belə ittiham olundu. Təbii ki, burada ilkin olaraq bir neçə versiya diqqətə gəlməkdədir. Birincisi odur ki, Eldar Həsənovla bağlı deyilənlər, iddia olunanlar yalandır. Əgər bu versiyanı gücləndirmək istəsək, belə düşünülə bilər ki, Eldar Həsənovun rəqibləri onun təkrar Bakıda yüksək mənsəb tutmaması üçün bu versiyanı ortaya atıblar. Amma fakt və reallıq bu versiyanı darmadağın edir. Söhbət ortaya qoyulan dəlillərdən və həmçinin Eldar Həsənovun az qala etiraf xarakterli etirazından gedir. Belə olan təqdirdə bu versiyanın üzərindən xətt çəkmək lazım olur. Amma yenə də qaranlıq məqamlar var ki, onlardan biri də Eldar Həsənovun qeyd olunan ittihamlarla bağlı sorğu-suala tutulmamasıdır. Həmçinin Eldar Həsənovun tabeçiliyində olduğu Xarici İşlər Nazirliyinin də bu barədə susması və onun diplomatı ilə bağlı deyilənlərə hər hansı şərh verməməsi qaranlıq mətləblərdən xəbər verməkdədir. Belə anlaşılır ki, nazirlik bu məsələnin hansı məcraya yön alacağını gözləyir. Yəni əslində deyilənlər yalan deyil, saldəcə olaraq deyilənlərə uyğun olaraq hansı addımlar atılacaq. Bəlkə də unutdurulacaq. DİA.AZ-ın redaksiyasına daxil olan informasiyalardan aydın olur ki, əslində Eldar Həsənovun ünvanına səslənən ittihamların yetərincə həqiqət payı olsa da, bu məsələ ilə bağlı müəyyən tərəddüdlər də mövcuddur. Mənbənin söylədikləri: «Təbii ki, bu prosesdən faydalanmağa çalışanlar var. Amma hakimiyyət özünün ümumi maraqlarını təhdid edə biləcək hər hansı hərəkətlənmədə maraqlı olmadığından bir növ Eldar Həsənov da «bağışlanılmış» vəziyyətdədir. Ola bilsin ki, keçmiş baş prokurorun hansısa dairələr qarşısında səmimi tövbəsi, etirafları da belə bir qərarın verilməsinə gətirib çıxarıb». Mənbəmiz iddia edir ki, amma buna baxmayaraq Eldar Həsənovun diplomat kimi fəaliyyəti başa çatacaq: «Bu barədə də qərar verilib. Və yaxın günlərdə Eldar Həsənovun yerinə yeni təyinat da olacaq». Geri qayıt |