Əsas Səhifə > Siyasət, Manşet > YENİ NAZİRDƏN SƏFƏR ƏBİYEVİN ADAMLARINA ZƏRBƏ
YENİ NAZİRDƏN SƏFƏR ƏBİYEVİN ADAMLARINA ZƏRBƏ13-11-2013, 11:58 |
ŞOK: KEÇMİŞ NAZİRİN DÖNƏMİNDƏ SATILAN OBYEKTLƏR GERİ QAYTARILACAQ DİA.AZ: - Yeni müdafiə naziri Zakir Həsənov Səfər Əbiyevdən qalma daha bir problemi həll etməyə qərarlıdır. Bu barədə DİA.AZ-a müdafiə nazirliyində çalışdığını iddia edən mənbə xəbər ötürüb. Qaynaq iddia edir ki, yazın günlərdə çox ciddi proseslərə start veriləcək. Redaksiyamızın elektron ünvanına daxil olan həmin məlumatı diqqətinizə təqdim edirik: “Belə ki, sizlərin də bildiyiniz qədər bu yaxınlarda Müdafiə Nazirliyinin Mənzil Kommunal Xidməti ləğv edilib. Yeni idarə yaradılıb. Müdafiə nazirinin birbaşa tapşırığı ilə artıq keçmiş nazir Əbiyevin dönəmində qeyri-hərbi məqsədlər üçün paylanmış, icarəyə verilmiş və satılmış Nazirliyin fondundakı daşınmaz əmlakların inventarizasiyası başlanıb. Keçmiş müdafiə naziri Səfər Əbiyev vaxtı ilə hərbi şəhərciklərdə və Müdafiə Nazirliyinə məxsus torpaq sahələrindəki binaların əksər hissəsini ayrı-ayrı təşkilatlara icarəyə verib və ya satıb. Hazırda sənədlər araşdırılır və bu obyektlərin təyinatı üzrə istifadəyə qaytarılması prosesi həyata keçiriləcək. Nəzərinizə çatdırmaq istəyirik ki, mülki şəxslərin istifadəsinə verilmiş obyektlər arasında məşhur Ordunun Dostları Mətbuat Klubunun sədri Emin Həsənliyə Ceyhun Hacıbəyli küçəsində verilmiş tikili də var. Həmin təşkilata şifahi müraciət olunub və obyektin boşaldılması üçün yaxınlarda məktub göndəriləcək”. Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |