Əsas Səhifə > Siyasət, Manşet > NAZİRLƏR KABİNETİNİN TƏRKİBİ DƏYİŞİR

NAZİRLƏR KABİNETİNİN TƏRKİBİ DƏYİŞİR


13-11-2013, 11:24
NAZİRLƏR KABİNETİNİN TƏRKİBİ DƏYİŞİR
ÖZÜNÜ APARA BİLMƏYƏN MƏMURLARIN CƏZALANLDIRILMASI GÖZLƏNİLİR

DİA.AZ: - Prezident seçkilərindən sonra hakim düşərgə xəfif xarakterli olsa da, bir sıra islahatları həyata keçirdi ki, bu da böyük rezonansa nədən oldu. Əslində bütün bunlar anlaşılan idi. Çünki cəmiyyətin dəyişiklik gözlədiyi bir ərəfədə seçki prosesini qələbə ilə başa vurmuş YAP iqtidarının hər hansı istənilən bir yeniliyi müsbət təəssürat yaratmalı idi. Yəni artıq cəmiyyəti yoran və özləri də yorulmuş hesab olunan xeyli sayda məmur var ki, onlarla hakimiyyətin yolları ayrılmalıdır.

Bu barədə DİA.AZ-a məlumat verən mötəbər mənbə iddia edir ki, 22 oktyabr tarixli qərarı ilə prezident Nazirlər Kabinetinin heyətini cüzi dəyişikliklərlə təsdiqləmiş olsa da, yeniliklər bundan sonra da davam edəcək. Mənbənin söylədikləri: «Əslində İlham Əliyev xeyli sayda nazir və komitə rəhbəri var ki, onlara şans verib. Hətta konkret vaxt da tanınıb. Onların bəzilərinə şəxsən xəbərdarlıqlar da edilib».

Kimdir onlar? Mənbəmiz bu zaman bir məqamı xatırladır: «Xatırlayırsınızsa, İlham Əliyevin prezidentliyinin ilk illərində bəzi nazirlər arasında ciddi toqquşmalar mediatik hal aldı. Hətta rəsmi mətbuatda belə məsələn, o zamankı əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə o zamankı təhsil naziri Misir Mərdanovun çəkişməsindən, o zamankı Milli Təhlükəsizlik Naziri Namiq Abbasovun bəzi oyunlara bulaşmasından və digər buk imi hallardan bəhs edən materiallar yer alırdı.

Belə bir ərəfədə İlham Əliyev seçkidən sonra da «təmizləmə əməliyyatı»nı davam etdirdi, vəzifələrini itirənlər oldu. Yəni bu da o deməkdir ki, 22 oktyabr tarixli qərar heç də qəti hökm kimi qəbul olunmamalıdır».

Konkret olaraq bir nazirin və iki komitə sədrinin «sınaq dövründə» olduğunu bildirən məlumatlı qaynağın iddialarına görə, artıq mövqeləri oynaq olan məmurlarla bağlı ölçünün götürülmə ehtimallarının yüksək olduğunu da qeyd etdi: «Həmin məmurlar iqtidariçi konfliktlərə kifayət qədər bulaşdıqlarından barələrində yaxın günlərdə qərar verilə bilər. Və bu da böyük rezonansa nədən olacaq».

Geri qayıt