Əsas Səhifə > Gündəm, Manşet > ALICILAR “İRŞAD TELEKOM”DAN NİYƏ NARAZI QALIRLAR?

ALICILAR “İRŞAD TELEKOM”DAN NİYƏ NARAZI QALIRLAR?


13-11-2013, 10:02
ALICILAR “İRŞAD TELEKOM”DAN NİYƏ NARAZI QALIRLAR?
BU ŞİRKƏTİN KREDİT ŞÖBƏSİNDƏ “GESTAPO” REJİMİDİR: ŞİKAYƏT EDİRLƏR

DİA.AZ: - Bu gün mobil telefon bazarında kifayət qədər tanınan “İrşad Telekom”la bağlı redaksiyamıza bir şikayət məktubu ünvanlanıb. Redaksiyamıza yazan narazı vətəndaş, Bakı sakini Əliyev Samir bildirir ki, “İrşad Telekom”dan kreditə telefon götürmək istəsə də, bu mümkün olmayıb.

DİA.AZ-a yazan vətəndaş bildirir: “Bu şirkətin dükanlarında sanki “gestapo” rejimi qurulub. Qiyməti 500 manata olan telefonu kreditə götürmək istəsəm də, son nəticədə mümkün olmadı. Səbəbsə kredit şöbəsi əməkdaşlarının sanki bir cinayətkarı dindirirmiş kimi... məndən qohumlarımla, yaxınlarımla bağlı yersiz suallara cavab istəmələri olub”.

Bətəndaş bildirir ki, ondan qohumlarından 3-nün şəhər telefonunun nömrəsin istəyiblər: “Mən də verdim. Təsəvvür edin, qohumlarımdan mənim barəmdə hətta mənim belə yaxşı xatırlaçadığım qohumluq əlaqələrini soruşublar. Hər dəfə tərəddüdlü cavab eşidəndə isə,nömrəsini verdiyim qohumlarımı da aşağılayaraq “YALAN DANIŞIRSINIZ” deyirdilər. Nəhayətdə səbr kasam daşdı. Və onlardan telefon almadan “İrşad Telekom”u tərk etdim”.

Vətəndaş bildirir ki, hətta qiyməti 100-150 minlik maşını kreditə götürəndə belə banklarda kredit verənlər “İrşad Telekom”un əməkdaşları kimi davranmırlar: “Bi ölkədə hər kəsin hüquqları vətəndaşların, insanların hüquqlarından üstündür. Deyirdilər ki, Milli Məclis kredit faizlərini aşağım salmağa sövq edəcək, kredit götürənlərin hüquqlarının müdafiəsilə bağlı qanunlar qəbul edəcək. Amma bu olmadı. Görünür bunlar bir mafiyadır və Milli Məclisə də təsir edirlər”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt