Əsas Səhifə > Cəmiyyət > HƏRBİ QULLUQÇULARIN STATUSU DƏYİŞİR

HƏRBİ QULLUQÇULARIN STATUSU DƏYİŞİR


27-01-2012, 16:04
HƏRBİ QULLUQÇULARIN STATUSU DƏYİŞİR

BUNUNLA BAĞLI QANUNA DƏYIŞIKLIKLƏR EDILƏCƏK

Azərbaycanda «Hərbi qulluqçuların statusu haqqında» qanuna dəyişikliklər hazırlanır.

Bu barədə APA-ya Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc məlumat verib.

Z. Orucun sözlərinə görə, hazırda bununla bağlı parlamentin Təhlükəsizlik və müdafiə komitəsi, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsi və müvafiq hərbi qurumların nümayəndələrinin iştirakı ilə iş aparılır. Dəyişikliklərin parlamentin yaz sessiyası ərzində müzakirəyə təqdim olunması nəzərdə tutulur.

Z. Orucun sözlərinə görə, parlamentin 2011-ci il payız sessiyasında «Hərbi xidmət və hərbi icraat haqqında» qanun qəbul edilib. «Hərbi qulluqçuların statusu haqqında» qanunun bu qanuna uyğunlaşdırılması, həmçinin hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması ilə bağlı dəyişikliklər edilməsi gözlənilir.


Geri qayıt