Əsas Səhifə > Hadisə > "AZADLIQ"A QOYULAN VAXT BİTDİ

"AZADLIQ"A QOYULAN VAXT BİTDİ


12-11-2013, 13:27
"AZADLIQ"A QOYULAN VAXT BİTDİ
“Azərbaycan” nəşriyyatının 24 min manat borcu ödəmək üçün “Azadlıq” qəzetinə verdiyi müddət noyabrın 12-də başa çatıb.

Qəzetin baş redaktor müavini Rahim Hacıyev “Media forum” saytına deyib ki, qəzetin bank hesabı bağlıdır, bütün yayım firmalarına “Azadlıq”a hər hansı ödəniş etmək yasaqlanıb: “Faktiki olaraq qəzetin bütün maliyyə mənbələri qapadılıb. Məhkəmələrdə çıxarılan 65 min manat cərimənin ödənməsi tələb olunur. İşçilərə maaş ödəmək imkanımız yoxdur. Əgər nəşriyyat tələbdə qəti şəkildə qalasa, az da olsa vaxt verməsə, qəzetin çıxması mümkün olmayacaq. O qədər ağır vəziyyətə düşmüşük ki, saman çöpündən belə yapışmağa məcburuq

Geri qayıt