Əsas Səhifə > Hadisə > GÜLƏR ƏHMƏDOVA ELŞAD ABDULLAYEVİ HƏDƏLƏDİ
GÜLƏR ƏHMƏDOVA ELŞAD ABDULLAYEVİ HƏDƏLƏDİ12-11-2013, 13:21 |
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə prosesdə Gülər Əhmədova çıxış edib. O, bir il 2 aydır ətrafında şər-böhtan nəticəsində həbsdə olduğunu deyib: “Kişilərə üzümü tutub birinci və axırıncı dəfə açıqlama verirəm. Elşadın iddia elədiyi kimi, bizim mandat alveri söhbətimiz olmayıb. Orada heç bir vəzifəli şəxsin adı çəkilməyib. Vaxt gələcək, görəcəksiniz ki, mən deyənlər düz idi. Elşadın qurbanlarının sayını mətbuata ötürəcəyəm. Mən sizdən xahiş edirəm, haqqımda yalan şeylər yazmayın. O, mühacir adı almaq istəyir. Təəssüf ki, onu buraya gətirə bilmirlər. Mən buradan çıxandan sonra onu Fransada tapıb məhkəməyə verəcəyəm, həbs etdirəcəyəm. Sevincin ailəsini o maliyyələşdirir. Lakin mən onun təhdidlərinə əyilən deyiləm. Mənim haqqımda proqnoz verməyin. Sizə söz verirəm, ölməyəcəyəm. Mən Sevinc deyiləm. Onun maskasını yırtacağam”. Daha sonra prosesdə Sevinc Babayevanın bacısı Vəfa Babayeva ifadə verib. Şahid bildirib ki, bacısı Gülər Əhmədova ilə toyuq kababı yeyib, ondan sonra zəhərləndiyini deyib: "Ondan sonra Sevincin vəziyyəti yaxşılaşmadı. Həkimlər deyirdilər, dərdinin nə olduğunu bilmirlər”. Sonra V. Babayeva sualları cavablandırıb. Bildirib ki, Gülərlə Sevincin rəfiqə olduqlarını barədə məlumatı olub: “Sevinc zəhərlənən vaxt dedi ki, Elşadla Gülərin pul söhbəti olub, ona görə küsüblər, lakin artıq barışıblar. Türkiyəyə gedəndən sonra isə zəng elədi. Dedim bu, nə məsələdir, niyə bizi biabır elədin? Səni televizorda göstərirlər. O da dedi ki, bir oyundur, düşüb. Dedi ki, mənə heç nə olmaz, Gülər arxamda dayanıb”. Proses davam edir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir. Geri qayıt |