Əsas Səhifə > Güney Press / Manşet > ELŞAD ABDULLAYEV DAHA BİR NƏFƏRİ HƏBS ETDİRDİ
ELŞAD ABDULLAYEV DAHA BİR NƏFƏRİ HƏBS ETDİRDİ11-11-2013, 13:51 |
![]() DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yayımladığı videolarda adı hallanan şəxs tutulub. DİA.AZ bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirsahib Məcidov tutulub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, M. Məcidov fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə bir nəfəri işə düzəltmək adı ilə pul alıb və həmin şəxsin şikayəti əsasında axtarışa verilib. Geri qayıt |