Əsas Səhifə > Hadisə > AZƏRBAYCAN MÜDAFİƏ SƏNAYESİNİN DAHA BİR UĞURU
AZƏRBAYCAN MÜDAFİƏ SƏNAYESİNİN DAHA BİR UĞURU11-11-2013, 12:59 |
Azərbaycanda gələn ildən hərbi gəmilərin inşasına başlanılacaq. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Artıq Bakı Gəmiqayırma Zavodu tərəfindən Hərbi Dəniz Qüvvələri üçün müxtəlif təyinatlı bir neçə gəminin layihəsi təqdim olunub, layihələr razılaşdırıldıqdan sonra gəmilərin tikintisinə start veriləcək. Qeyd edək ki, HDQ-nin modernləşdirilməsi proqramı çərçivəsində Azərbaycan 2020-ci ilə qədər Xəzər dənizində öz imkanlarını artırmağı və müasir gəmilərə sahib olmağı planlaşdırır. Bu çərçivədə HDQ-nin yeni bazası, həmçinin şimal və cənub istiqamətlərində divizionlar inşa olunacaq. Bu çərçivədə Azərbaycan 2014-cü ildə Rusiyadan gəmilərin silahlandırılması üçün sifariş verdiyi «Uran-E» zərbə-raket komplekslərini təhvil alacaq. Geri qayıt |