Əsas Səhifə > Hadisə > TOY GÜNÜ GƏLİNİ QAÇAN BƏY QİSAS ALDI

TOY GÜNÜ GƏLİNİ QAÇAN BƏY QİSAS ALDI


11-11-2013, 12:56
TOY GÜNÜ GƏLİNİ QAÇAN BƏY QİSAS ALDI
Ağcabədi rayonunda toy günü gəlini evdən qaçan bəyn özü bu dəfə qız qaçırıb. Bu barədə Balabəy Əliyevin özün ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, görüb bəyəndiyi tanışı, özündən bir neçə yaş kiçik xanımı qarşılıqlı razılaşma əsasında qaçırıb.

“İki gün əvvəl xalamgilin qonşuluğunda yaşayan xanımı görüb bəyəndim. Danışdıq, fikirlərimi dedim, razılaşdı. Bizə qohumluğu çatır. İndi qız yaxın bir insanın evində qalır”, - deyə Balabəy Əliyev bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda şanlı-şöhrətli toy da çaldıracaq. Lakin Balabəy hələlik toyun dəqiq vaxtını deməyib. “Qoy bu surpriz olsun. İnşallah toyum olanda biləcəksiniz. Sizin əməkdaşları da dəvət edərəm”.

Balabəy Əliyev hazırda həyatından xoşbəxt olduğunu deyir. O, keçmiş nişanlısına da heç bir kin saxlamır: “Ona da xoşbəxtlik arzulayıram. Qismətdir, nə demək olar. Qıza heç bir kin saxlamıram. Lakin onun ailəsi günahkardır. Bundan sonra ailə qurub, problemsiz yaşamaq istəyirəm”.

Balabəy Əliyev keçmiş gəlinin ailəsini məhkəməyə verdiyini deyib. “Hazırda iş məhkəmədədir. Bizə dəyən ziyanı ödəməlidirlər. Biz toyun keçirilməsinə, qızıllara, geyimə 8 min manat pul xərcləmişik. Onu qaytarmalıdırlar. Hazırda onların gətirdikləri cehzi bir otağa yığmışaq və qapını bağlamışıq”, - deyə Balabəy Əliyev bildirib.

Geri qayıt