Əsas Səhifə > Güney Press / Manşet > SİYƏZƏN SAKİNİ YENİ NAZİRDƏN NƏYİ İSTƏDİ?
SİYƏZƏN SAKİNİ YENİ NAZİRDƏN NƏYİ İSTƏDİ?11-11-2013, 12:55 |
![]() DİA.AZ: - Siyəzən şəhərində yaşayan, 2 uşaq anası Əliyeva Tünzalə Saday qızı redaksiyamıza işçi haqqqlarının pozulması ilə bağlı şikayət edib. Narazı vətəndaş DİA.AZ-ın elektronn poçtuna ünvanladığı şikayət məktubunda bildirir: “Hörmətli redaksiya! Siyəzəndə yerləşən Polimer Sənaye fabrikində fəhlə işləyirdim. Günlərin bir günündə mənə rəhbərlik tərəfindən dedilər ki, sabahdan işə gəlməyim. Yəni müdir məni işdən azad eləyib. Heç səbəbini də mənə izah edən olmadı. Mən dedim ki “axı mən rəsmi işçiyəm. işdən çıxarmağa bir ərizə lazım deyilmi?” Dedilər, “ərizən çoxdan yazılıb”. Yadıma düşdü ki mən işə qəbul olanda həm işə girmək üçün, həm də işdən çıxmaq üçün ərizə yazmışdım. Bu ərizəni, yəni bu şəkildə ərizə yazmağı mənə “otdel-kadr” işləyən Elnarə adlı qadın yazdırmışdı. Mən hələ işdən çıxmaq barədə ərizə yazmaqdan imtina etdikdə, demişdi ki, “bu, Rahim müıllimin əmridir. O burda nə deyirsə, o da olur. Nə qanun, nə o birisi. Onun arxasında böyük adamlar durub. Nə əmək müfəttişliyi, nə də icra hakimiyyəti ona heç nə edə bilməz”. Məni - iki uşaq anasını elə belə də işdən çlxardılar. Və sənədləşmə də elə aparıldı ki, guya, öz xahişimlə işdən çıxmışam. İndi bilmirəm hara müraciət edim. İşə bərpa ilə bağlı hansı dövlət qurumunun qapısını döyüç. Çünki əllərində öz əlimlə yazdığım ərizəm var. Amma orada tarix yox idi. Onu onlar özləri yazdılar. Bəlkə də dövlət müvafiq elspertiza təyin etsə, bu cinayət əməlini aşkarlaya bilər. Xahiş edirəm, mənə - 2 uşaq anasına kömək edin”. Onu da bildirək ki, öz işçi haqqlarının pozulması ilə əlaqədar Siyəzən sakini yenicə olaraq əmək və əhalinin sosial müdafiə naziri təyin olunmuş Səlim Müslümovdan da kömək istəyir: “Cənab nazir. Siz vəzifədə yenisiniz, amma bu sahəyə çoxdan bələdsiniz. Xahiş edirəm, neçə-neçə idarələrdə hökm sürən “qabaqcadan işçiyə ərizə yazdırma” faktının qurbanlarından biri kimi mənə yardım edin. Öncədən təşəkkürlər”. Geri qayıt |