Əsas Səhifə > Ölkə > AİHM-DƏ AZƏRBAYCANA QARŞI 1692 İDDİA QALDIRILIB
AİHM-DƏ AZƏRBAYCANA QARŞI 1692 İDDİA QALDIRILIB27-01-2012, 13:46 |
RUSİYA DAHA BİABIRÇI VƏZİYYƏTDƏDİR Avropa İnsan Haqları Məhkəməsi 2011-ci ilə dair statistikanı açıqlayıb. APA-nın məlumatına görə, hesabatı Strasburqda Avropa İnsan Haqları Məhkəməsinin prezidenti Nikolas Bratza açıqlayıb. Statistikaya əsasən, AİHM ötən il Azərbaycana dair 9 qərar çıxarıb. İki qərar azadlıq və təhlükəsizlik hüququ, 7 qərar ədalətli mühakimə hüququ, 4 qərar mülkiyyətin müdafiəsi hüququ və bir qərar ədalətli seçkilər hüququ ilə bağlıdır. Məhkəmə çıxarılan bəzi qərarlarda iddiaçının iki və daha artıq hüququnun pozulduğu qənaətinə gəlib. Bu tendensiya Azərbaycanla bağlı indiyədək çıxarılmış qərarların ümumi statistikasında da müşahidə olunur. Avropa Məhkəməsi indiyədək Azərbaycanla bağlı 42 qərar qəbul edib ki, bunlardan 14-ü mülkiyyət hüquqlarının pozulması, 13-ü ədalətli mühakimə hüququ ilə bağlıdır. Ötən il Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 523 iddia ərizəsi daxil olub. Avropa Məhkəməsinə müraciətlərin sayında artım müşahidə olunur, 2008-2010-cu illərdə Azərbaycandan bu məhkəmə instansiyasına hər il orta hesabla 350 müraciət daxil olub. Hazırda Avropa İnsan Haqları Məhkəməsinin icraatında 151624 iddia var, onlardan 1692-si Azərbaycandan daxil olub. İcraatda olan işlərin 26,6 faizi (40225 ərizə) Rusiyaya, 10,5 faizi (15940 ərizə) Türkiyəyə, 9,1 faizi (13741 ərizə) İtaliyaya, 6,8 faizi (10250 ərizə) Ukraynaya aid işlərdir. Geri qayıt |