Əsas Səhifə > Siyasət, Manşet > HACI İBRAHİM NEHRƏMLİDƏN AVROPAYA ŞİKAYƏT

HACI İBRAHİM NEHRƏMLİDƏN AVROPAYA ŞİKAYƏT


8-11-2013, 12:44
HACI İBRAHİM NEHRƏMLİDƏN AVROPAYA ŞİKAYƏT
355 MİN MANAT PULUNU İTİRƏN SAHİBKAR AVROPA MƏHKƏMƏSİNƏ ÜZ TUTUR

DİA.AZ: - Bu günlərdə belə bir məlumat yayıldı ki, blkədə bahalı layihələrə imza atan «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmli özünə qiyməti 7 milyon ABŞ dolları həcmində olan yaxta alıb və həmin yaxta gələn il Azərbaycana gətiriləcək. Hər halda, belə bir bahalı alış-verişdə bulunan birisinin kiməısə borcu da olmamalıdır. Amma var və bu barədə dəfələrlə məlumatları diqqətinizə çatdırmışıq.

Məlumatlarımızda qeyd etmişik ki, əslən Qazax rayonundan olan iş adamı Elşad Məmmədov Hacı İbrahim Nehrəmlini ittiham edərək, qanunsuz yolla onun 355 min manat pulunu mənimsədiyini iddia edir və günü bu gün də sözügedən ittihamla bağlı bir neçə məhkəmə instansiyasından keçilib, ayrı-ayrı dövlət qurumlarına, həmçinin prezidentə müraciətlər ünvanlanıb.

Bu barədə DİA.AZ-a açıqlama verən Elşad Məmmədov bildirdi ki, hələ də Hacı İbrahim Nehrəmlinin adamları tərəfindən hədələnir: «Onlar borcu qaytarmaq əvəzinə, məni təhdid edirlər. Hacı İbrahim Nehrəmli özünə 7 milyona yaxta alır. Amma mənim 355 min manatımı qaytarmır. Bu pulları mən borc götürərək toplamışdım ki, qazanc götürüm. İndi qazanc əvəzinə bir neçə qat ziyana düşmüşəm. Durumum da çox ağırdır».

Sahibkar bildirir ki, yenə də geri çəkilmək niyyətində deyil: «Bu, az pul deyil. Bəlkə də Hacı İbrahim Nehrəmli üçün qəpik-quruşdur. Amma mənim üçün ömür boyu toplaya bilməyəcəym bir məbləğdir. Və haqqımı sonna qədər müdafiə edəcəm. Artıq Avropa İnsan Haqqları Məhkəməsinə vəkilim tərəfindən müraciət hazırlanır. Ümid edirəm ki, Avropada ədalətli qərar veriləcək».

Geri qayıt