Əsas Səhifə > Hadisə > ŞOK: BAKIDA GƏNC QIZLARA BASQIN EDİLDİ

ŞOK: BAKIDA GƏNC QIZLARA BASQIN EDİLDİ


8-11-2013, 09:54
ŞOK: BAKIDA GƏNC QIZLARA BASQIN EDİLDİ
Qızları yerə yıxıb soyublar
Noyabrın 8-nə keçən gecə Bakı şəhərinin Yasamal rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 02:50 radələrində 1996-cı il təvəllüdlü Əliyeva Adelina Azad qızı şikayət ərizəsi ilə 28-ci Polis Bölməsinə müraciət edib. o bildirib ki, saat 23:45 radələrində rəfiqəsi, 1982-ci il təvəllüdlü Kəmalə Mustafayeva ilə Hüseyn Cavid prospektində gedərkən 2 nəfərin hücumuna məruz qalıblar. 17 yaşlı qız qeyd edib ki, arxadan yaxınlaşan və tanımadıqları iki nəfər oğlan onlara hücum edib və hər ikisini yerə yıxıb. Daha sonra soyğunçular Adelina Əliyevanın planşetini, əl çantasını götürərək qaçıblar.

Hazırda əməliyyat-axtarış tədbirləri aparılır.

Geri qayıt