Əsas Səhifə > Hadisə > KORRUPSİONER ORQAN İŞÇİLƏRİNƏ CİNAYƏT İŞİ AÇILIB

KORRUPSİONER ORQAN İŞÇİLƏRİNƏ CİNAYƏT İŞİ AÇILIB


27-01-2012, 11:58
KORRUPSİONER ORQAN İŞÇİLƏRİNƏ CİNAYƏT İŞİ AÇILIB

3 İŞ İCRAATDADIR

Ötən il korrupsiya ilə bağlı prokurorluq işçiləri barəsində də cinayət işi başlanıb.

APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il 5 prokurorluq işçisi barəsində 4 cinayət işi istintaq edilib.

Həmin işlərdən birinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib və hökm çıxarılıb, 3-ü isə hazırda icraatdadır.

Bundan başqa, korrupsiya hüquqpozmalarına yol verən 6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan biri prokurorluq orqanlarından xaric edilib.


Geri qayıt