Əsas Səhifə > Sosial, Manşet > ERMƏNİDƏN RUSUN ƏVƏZİNƏ ZAKİR HƏSƏNOVA CAVAB

ERMƏNİDƏN RUSUN ƏVƏZİNƏ ZAKİR HƏSƏNOVA CAVAB


7-11-2013, 12:56
ERMƏNİDƏN RUSUN ƏVƏZİNƏ ZAKİR HƏSƏNOVA CAVAB
DİA.AZ: - Ermənistanın Müdafiə Nazirliyi RF-nin bu ölkədəki 102 saylı hərbi bazasının komandiri polkovnik Andrey Ruzinsikinin qalmaqallı bəyanatına münasibət bildirib. Belə ki, Ruzinski bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etməyi qərara alarsa bu baza müharibəyə qalxacaq.

DİA.AZ xatırladır ki, Ruzinski bu bəyanatı oktyabrın 10-da “Krasnaya zvezda” qəzetinə müsahubəsində verib. Azərbaycanın müdafiə naziri Zakir Həsənov ATƏT-in Minsk Qrupundakı rusiyalı nümayəndədən polkovnikin fikirləri ilə bağlı açıqlama verilməsini tələb edib.

Lakin Rusiya nümayəndəsinin əvəzinə Ermənistanın Müdafiə Nazirliyi cavab verib. Belə ki, hərbi qurumun mətbuat katibi Arsrun Ovanisyan öz səhifəsində yazıb ki, “Ermənistanın hərbi-siyasi rəhbərliyi dəfələrlə qeyd edib ki, Azərbaycanın təcavüzünün qarşının alınması məsələsində KTMT və RF-nin cəlb olunmasını vacib hesab etmir”.

“Ermənistan Silahlı Qüvvələrinin imkanları istənilən hərbi tapşırığın öhdəsindən gəlmək üçün kifayət qədərdir. KTMT-yə üzvlük və Ermənistan-Rusiya hərbi əməkdaşlığı üçüncü ölkə tərəfindən mümkün təcavüzün qarşısının alınmasına yönəlib”, - o yazıb.

ERMƏNİDƏN RUSUN ƏVƏZİNƏ ZAKİR HƏSƏNOVA CAVAB

Sonra A.Ovanisyan Azərbaycanın müdafiə nazirinə cavab olaraq bildirir ki, kollektiv təhlükəsizlik müqaviləsinin 4-cü maddəsi, həmçinin Ermənistandakı Rusiya hərbi bazası ilə bağlı 2010-cu ilin avqustunda imzalanmış 5 saylı qətnamə Ermənistanın xarici hücumlardan müdafiəsini nəzərdə tutur.

Geri qayıt