Əsas Səhifə > Güney Press / Manşet > BALIQ BİZNESİNİN ARXASINDAKI MİLYONLAR
BALIQ BİZNESİNİN ARXASINDAKI MİLYONLAR26-01-2012, 18:20 |
![]() UNUTMAYIN, DƏNİZDƏN TƏK NEFT YOX, HƏM DƏ BALIQ ÇIXARILIR DİA.AZ: - Son 4 ildə balıq istehsalı artsa da, ixracda kəskin azalma müşahidə edilir. Belə ki, 2007-ci ildə balıq istehsalı 22 483 ton olubsa, 2010-cu ildə 45 315 tona yüksəlib. Maraqlıdır ki, 2008-ci ildə 20 908 ton balıq istehsalı 2009-cu ildə birdən-birə 45 088 tona qədər yüksəlib. Amma bu rəqəmlər ölkə də balıqçılığın inkişafının göstəricisi deyil. Ona görə də, ölkədə balıq istehsalının artması barədə fikir söyləmək olmaz. Ümumiyyətlə götürdükdə isə, dünyada balıq istehsalının həcmi 2009-cu ildə 145 milyon tona çatıb. İstehsalın həcmi hər il orta hesabla 7 faiz artır. Dünya üzrə qəbul edilən normaya əsasən, 2010-cu ildə adambaşına düşən istehsal 20 kq, istehlak isə 16,7 kq olub. Azərbaycanda isə bu istiqamətdə istehsal 4,9 kq, istehlak 6,9 kq olub. Göründüyü kimi, ölkədə istehsal və idxalın artmasına baxmayaraq, dünya normasına çata bilməyib. Müqayisə üçün bildirək ki, balıq istehalakına görə Yaponiya liderdir. Bu ildə 2010-cu ildə 80 kq, İspaniya 44,8 kq, İtaliya 25, Avropa 21 kq, rusiya 17 kq, İran 6,9 kq-dır. Ölkədə sözügedən dəniz məhsullarının 1kq-nın maya dəyəri Salyan-Neftçala və Şəki-Zaqatalada təsərrüfatların həcmindən asılı olaraq, 3,19 manatdan 4,72 manata qədər dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqındaВ» Əsasnamədə əmtəə balıqçılığını özündə əks etdirən və Nazirliyin bu istiqamətdə fəaliyyətini müəyyən edən maddə yoxdur. Amma məsəçlə tək qanunla bitmir. В«2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət ProqrammıВ»nda göl balıqçılığının inkişafı ilə bağlı konkret vəzifələr müəyyənləşdirilməyib. Süni göllərdə su ilə təchizatında və suyun keyfiyyətində xeyli problemlər olur. Bəzi balıqçılıq təsərrüfatları çirkli sulardan istifadə edirlər və bu da təhlükəlidir. Bölgədə balıq emalı müəssisələrinin olmaması istehsalı məhdudlaşdırır, balıq məhsullarının idxalının artmasına səbəb olur. respublikada balıq yemi istehsalı mövcud deyil. Yemləmədə istifadə olunan arpa və buğdanın keyfiyyəti yoxlanılmır. Gölə atılan yem məhsulları tam istifadə olunmur, itkiyə, israfçılığa yol verilir. Bundan əlavə, soyuducuların olmaması üzündən hazır məhsulu sonrakı dövr üçün saxlamaq mümkün olmur. Keyfiyyətə nəzarət sisteminin olmaması balıqçılıq təsərrüfatlarında sanitar profilaktiki tədbirlər, xəstəliyə qarşı balıqların kimyəvi maddələrlə işlənməsi, göllərin 4-5 ildən bir qurudulması, üzvi maddələrdən, ot və ağaclardan təmizlənməsi vaxtlı-vaxtında aparılmır. Ümumiyyətlə, Fövqəladə Hallar Nazirliyi balıqçıların ov etməsi üçün indi də süni əngəllər yaradır. Onların ov etməsi üçün icazə proseduru mürəkkəbləşdirilib, qeyri-rəsmi haqq istənilir, əksəriyyətinin balıqçılıq etməsinə icazə verilmir. Əldə etdiyimiz məlumata görə, balıqçılıq mafiyasında monopoliya mövcuddur. Dənizdə balıq tutmaq hüququ FHN rəhbərliyinə yaxın olanlara verilir. Lori dildə desək, könlü balıq istəyənin day-dayı olsun gərək . Heç kimə sirr deyil ki, balıq məhsulları, kürü FHN rəhbəri Kəmaləddin Heydərovun monopoliyasına daxildir. Bəs balıqçılar hansı şərtlər altında ova gedirlər? Onlar bu məhsuldan gündəlik nə qədər qazanırlar? Yay aylarında balıq ovlamaq nə qədər uğurludur? Ötən gün Bakı-Ələt yolundakı brokonyerlərin birində balıq tutduq və elə magistral yolda dayanıb satdıq. Ondan başlayaq ki, Bakı-Ələt yolu boyunca balıq satanlar sıraya düzülüb. Onlar səhər tezdən balıq tutmağa gəlir və axşama kimi onu satmağa çalışırlar. Dediklərinə görə, elə gün olur heç bir balıq da sata bilmirlər. Bir tərəfdən də balıq mafiozları başlarının üstünü kəsdirib, В«haqqВ» tələb edirlər: В«Balıqçı çox ehtiyatlı olmalıdır. Hökumətin qoyduğu qayda-qanuna riayət etməlidir. Dənizə çıxmamışdan əvvəl hava proqnozundan xəbər tutmalıdır. Bu il buludlu, küləkli havada dənizə çıxdıqları üçün xeyli balıqçı batıb. İşimiz çox ağırdır. Hər dəfə dənizə çıxanda elə bil müharibəyə gedirikВ». Qazancdan narazılıq edən balıqçılar bildirdilər ki, gündəlik 10-15 manat qazana bilirlər. Amma heç qazanmadıqları vaxtlar da olur. Balıqçıların sözlərinə görə, gündəlik olaraq tutduqları balıqları topdan və pərakəndə satış mərkəzlərinə satırlar. Bəzilərini isə yolda özləri satırlar. Balıqçılar ilk növbədə qayıqlarını Fövqəladə Hallar Nazirliyində texniki baxışdan keçirtməlidirlər. Onlara В«Gəmi biletiВ» və В«Texniki talonВ» verilir. Balıqçı bu sənədləri toplayıb, yerli vergi idarəsində qeydiyyatdan keçir. Daha sonra bütün sənədləri toplayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edir. Nazirlikdən onlara balıqovlama bileti və nə qədər balıq ovlaya biləcəkləri barədə kvota verilir. Ən sonda bütün sənədlər və qayıqda dənizə çıxacaq bütün balıqçıların şəxsiyyət vəsiqələrinin sürəti Dövlət Sərhəd Nəzarət Məntəqəsində qeydiyyatdan keçir. Heç şübhəsiz ki, bütün bu sənədləşmə prosesi rüşvətsiz keçmir. Geri qayıt |