Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏDİN QOŞUNLARI HÜCUMA KEÇİB

BƏŞƏR ƏSƏDİN QOŞUNLARI HÜCUMA KEÇİB


7-11-2013, 09:47
BƏŞƏR ƏSƏDİN QOŞUNLARI HÜCUMA KEÇİB
Suriya rejiminə bağlı nizami ordu birləşmələrinin ölkənin müxtəlif şəhərlərində müxalifçilərə qarşı təşkil etdiyi hücumlar nəticəsində 2-si qadın, 7-si uşaq olmaqla 48 nəfər həyatını itirib.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Homsda 12, Hələbdə 10, Dərada 9, Dəməşqdə 8, İdlibdə 4, Kuneytra və Dər-əz Zorda 2, Həmada isə 1 nəfər həlak olub.
Suriya Ümumi İnqilab Şurasından verilən açıqlamaya görə, Azad Suriya Ordusu qüvvələri Homsun Mahiyn kəndini və ətrafındakı rejim güclərinə aid silah anbarlarını ələ keçirib.

Geri qayıt