Əsas Səhifə > Siyasət, Manşet > MƏMURLARIMIZ HƏCCƏ KƏSƏ YOLLA NECƏ GEDİRLƏR?

MƏMURLARIMIZ HƏCCƏ KƏSƏ YOLLA NECƏ GEDİRLƏR?


6-11-2013, 10:51
MƏMURLARIMIZ HƏCCƏ KƏSƏ YOLLA NECƏ GEDİRLƏR?
QURBAN KƏSDİRMƏK İSTƏYƏNLƏR ÜÇÜN ƏN YAXŞI ÜNVAN YETİM EVLƏRİDİR

DİA.AZ: - Qurban bayramı hər bir müsəlmanın içinə bir fərəhlik gətirir. Və bu bayramı imkanı olan inanclı insanlar müqəddəs ziyarətgahlarda keçirərək Allahın adına qurbanlar kəsirlər. Təbii ki, bunu hər kəs bilir. Amma bilmədiyimiz həm də virtual qurbanların olması imiş. Yəni sifarişlə kəsilən qurbanlar. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, təxminən 50-yə yaxın azərbaycanlı məmur müqəddəs Məkkədə qurban kəsilməsi üçün 500 manat pulundan keçib.

Məlumatı verən mənbə bildirir ki, Məkkəyə nüfuzlu məmurlardan birinin yaxın adamı gedir və bu biznes də onun əlindədir: «Həmin şəxs yerli məmurlarımızdan 500 manatdan pul yığır və sonra da onların adına Məkkədə qurban kəsdirir. Bununla da məmurlarımızın qurban bayramı ilə bağlı dindən gələn öhdəlikləri bitmiş olur».

Mənbəmiz bildirdi ki, əslində həmin şəxs bu işi biznesə çevirib. Çünki Məkkədə qurban kəsmək ona 300 dollara başa gəlir və yerdə qalan pulu da o, öz cibinə qoyur. Qeyd edək ki, keçən Qurban Bayramında da eyni cür davranaraq külli miqdarda gəlir əldə edib. Məlumatı verən mənbə bildirir ki, bu dəfə qurban kəsdirənlərin sayı çox olub: “Bəlkə də bu seçki prosesindən, seçkilərdən sonrakı ələmə dövründən yaranmış vahimədir ki, məmurları qurban kəsməyə meyilləndirib. Onlar da son nəticədə belə bir fırıldaqçıya pul qazandırıblar.

Onu da bildirək ki, redaksiyamıza «virtual ziyarət» servisindən istifadə edən məmurların siyahısı və bu xidməti təklif edən şəxsin kimliyi barədə də məlumatlar verilib. Sadəcə olaraq, etika xətrinə həmin adları açıqlamırıq. Amma məsələhətlisi o olardı ki, həmin 500 manata Bakıda ən azından 2 qurbanlıq alıb, yetim evlərinə paylayardılar… Necə deyərlər, xeyir də vətənə qalardı. Çünki hər il Həcc ziyarəti vaxtı ərəblərin ciblərinin gözlər önündə necə dolduğunu bütün dünya görür. Həmin pullar isə sonradan özümüzə qarşı təhlükə kimi geri dönür. Söhbət vəhabilərin məhz Səudiyyə Ərəbistanından maliyyələşdirilməsindən gedir.

Faktdır ki, təkcə keçən il Səudiyyə Ərəbistanının həcc mərasimindən əldə etdiyi gəlir on altı milyard beş yüz milyon dollar olub. Ondan əvvəlki illə müqayisədə əldə edilən gəlir nisbətən 10 faiz artıb. Buna həcc xərclərinin artması və bu sahədəki digər xərclərin təsirli olduğu bildirilir. Səudiyyə rəsmiləri orta hesabla hər hacıdan 1900 - 4000 dollar arasında bir gəlir götürdüklərini bildirirlər. Və bu ilə də onlar ciddi qazanc əldə ediblər.

Bu da belə...

Geri qayıt