Əsas Səhifə > Hadisə > NAZİR OĞLUNUN ŞİRKƏTİNİN SÜRÜCÜSÜ QƏZA TÖRƏTDİ

NAZİR OĞLUNUN ŞİRKƏTİNİN SÜRÜCÜSÜ QƏZA TÖRƏTDİ


6-11-2013, 10:18
NAZİR OĞLUNUN ŞİRKƏTİNİN SÜRÜCÜSÜ QƏZA TÖRƏTDİ
Bu gün saat 07 radələrində Bakı şəhərinin Suraxanı rayonu ərazisində sərnişin avtobusu dəhşətli qəza törədib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisində, Duz gölünün yaxınlığında “Transgeyt” şirkətinə məxsus olan, 10 TE 311 nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu iki piyadanı vurub. 175 saylı xətt üzrə hərəkət edən və Hövsandan metronun 28 May stansiyasına doğru hərəkət edən avtobusun vurduğu şəxslər hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Geri qayıt