Əsas Səhifə > Siyasət, Manşet > MİKAYIL CABBAROV HƏLLEDİCİ ZƏRBƏSİNİ VURACAQ

MİKAYIL CABBAROV HƏLLEDİCİ ZƏRBƏSİNİ VURACAQ


6-11-2013, 09:03
MİKAYIL CABBAROV HƏLLEDİCİ ZƏRBƏSİNİ VURACAQ
GƏNC TN ŞEFİ DAXİLDƏKİ MAFİYANI SIRADAN ÇIXARMA YOLUNDA İRƏLİLƏYİR

DİA.AZ: - «Mikayıl Cabbarovun Bakı Baş Təhsil İdarəsində həyata keçirdiyi kadr islahatları davamlı olacaq və yaxın günlərdə təhsil nazirliyinin yüksək ranqlı işçilərindən biri də vəzifəsini itirəcək». Bu barədə DİA.AZ-a nazirlikdəki mənbələr məlumat verib.

Xəbəri verən mənbə bildirir ki, bu gün Mikayıl Cabbarov özünə yeni komanda qurma yolunda ciddi addımlar atmağa çalışır: «Doğrudur, daha çox nazirin islahatlarında köhnə iş yoldaşları ilə bağlı qərarlar gözə dəyir. Və elə buna görə də Mikayıl Cabbarova «qoruqçu nazir» adını da veriblər. Yəni nazirin əvvəlki iş yerindən kadrları təhsil sisteminə gətirməsi burada qəsd olunub.

Amma Mikayıl Cabbarovun özünə komanda qurma istəyi təbiidir. Və bu təbii istəyinin qarşısı bu gün ciddi surətdə alınır».

Mənbəmiz bildirir ki, Mikayıl Cabbarova müxtəlif istiqamətlərdən təzyiqlər var: «İllərdir ki, təhsil nazirliyində müxtəlif şəbəkələr oturuşub və müxtəlif formada maraqlarını həyata keçirməklə məşğuldurlar. Kimi təhsilə aid tikintidən, təmirdən pul qazanır, kimi dərslikdən, kimi də başqa sahədən… Böyük pullar uğrunda böyük savaş aparılır».

Mənbəmiz bildirir ki, illər ərzində, Misir Mərdanovun rəhbərliyi altında pul qaxzanan həmin mafiyalaşmış şəbəkə bu gün Mikayıl Cabbarovu müxtəlif istiqamətlərdən sıxırlar: «Onlar TN-dəki adamlarını yeni nazirdən «qoruyurlar». Amma hara qədər? Bu dəfə Mikayıl Cabbarov istədiyini edə biləcək. Və yaxın günlərdə çox ciddi fiqurlardan biri görəvindən alınır».

Mənbəmiz onu da əlavə etdi ki, Mikayıl Cabbarova ciddi basqılar olsa da, onun məhz «yuxarılar» tərəfindən dəstəklənməsi burada ciddi rol oynayır. Mənbənin söylədikləri: «Mikayıl Cabbarov 22 oktyabr tarixinə qədər nazir təyin olundu. Hər halda, onunla bağlı qərarın verilməsini yubada bilərdilər. Amma bunu etmədilər və qərar prezident seçkilərinə 5-6 ay qalmış verildi ki, bu da Cabbarovun tam olaraq dəstəklənməsi anlamına gəlir».

Geri qayıt