Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCANDA 9 OKTYABR İNQİLABI VƏ SONRASI…

AZƏRBAYCANDA 9 OKTYABR İNQİLABI VƏ SONRASI…


4-11-2013, 12:31
AZƏRBAYCANDA 9 OKTYABR İNQİLABI VƏ SONRASI…
GÜCLÜ HAKİMİYYƏTİN OLMASI HƏM DƏ GÜCLÜ DÖVLƏTİN OLMASI DEMƏKDİR

DİA.AZ: - Artıq beş gündən sonra prezident seçkiləri tarixinin bir ayı tamam olacaq. Hər halda, 9 oktyabr seçkilərinin Azərbaycanda həm də yeni siyasi dönəm olduğunu inkar etməmək lazımdır. Bu yeni dönəm özünü Azərbaycanın ilk dəfə beynəlxalq siyasət müstəvisində daha ötkəm aparması ilə bağlıdır. Ola bilsin ki, bu hadisə fərqli formada izahlanır, fərqli fikirlərlə ehtiva olunur. Amma fakt faktlıdığında qalır və fakt da ondan ibarətdir ki, İlham Əliyev artıq hakimiyyətini «şərtləri qəbul etmək zorunda olan» mərhələsindən, «şərtlərini irəli sürən» mrəhələsinə qədər daşımağa müvəffəq olub.

Təbii ki, istənilən bir hakimiyyətin gücü həm də həmin dövlətin gücü, güclənməsi anlamına gəlir. Necə ki, bu gün qardaş Türkiyədə bir güclü Ərdoğan iqtidarı var və bu hakimiyyətin dayaqlarının möhkəmliyi eyni zamanda Türkiyə dövləti adına da hesablanan bir möhkəmlikdir, edəcə də anoloji proses Azərbaycanda yaşanmaqdadır. Ərdoğan 11 illik hakimiyyəti dövründə Türkiyədə öz sistemini quraraq, qardaş Türkiyəni Qərbin əlaltısından, Qərbin hesaba aldığı bir dövlət müstəvisinə daşımağa müvəffəq oldu. Təbii ki, dövlətçilik baxımından bütün bunlar mühüm hesab olunur. Və burada kiminsə Ərdoğan iqtidarını bəyənməməsi və yaxud da ona müxaliflik etməsi rol oynamır. Çünki söhbət dövlətin mövqelərinin güclənməsindən gedir.

Elə buna görə də Azərbaycanda keçirilən 9 oktyabr seçkilərinə münasibətdə və bu münasibətlərə verilən reaksiyalardan Azərbaycan dövlətinin faydalı çıxması gözlə görünəndir. Bəlkə də dialoqun predmeti kimlər üçünsə xoş hesab olunmur, amma yenə də bunun nələrisə dəyişəcəyini, dəyişdiyini söyləmək yersizdir. Əsas olanı Azərbaycan dövlətinin artıq yeni mərhələyə qədəm basması faktıdır. Və bu mərhələdə dövlətimizi çox yeniliklər gözləyir.

Diqqət edin. İlk əvvəllər Azərbaycana təşrif buyuran əksər beynəlxalq təşkilat təmsilçiləri, hətta Avropanın burnufırtıqlı qurum nümayəndələri belə, qalstukları qırış-qırış olanları belə Bakıda hava limanında enəndə özlərini şir kimi hiss edir, yekə-yekə bəyanatlar verərək, Azərbaycana demokratiya nağılları danışırdılar. Bağlı qapı arxasında isə istədiklərini tələb edirdilər. Bu misalımızı illərdir Azərbaycanın Qarabağ problemini həlli missiyasını üzərinə götürdüyünü elan edən ATƏT-in Minsk Qrupunun həmsədrlərilə bağlı da demək olar. İllərdir bu adamlar Bakıda özlərini şah kimi hiss ediblər, ağıllarına gələn nağılı danışaraq Azərbaycanda bir xəyali prosesi yürüdüblər.

Təsadüfi deyil ki, bu gün ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin əksər diplomatları bu qrupda həmsədr olmaq üçün sinov gedirlər. Çünki səfalı təibəti olan Cənubi Qafqaza səyahət və bu səyahət zamanı cah-cəlal içində istirahət, bahalı hədiyyələr və s. Hər halda, hər bir avropalı üçün bu bir xəyaldır. Və bu xəyallarını gerçəkləşdirənlər üçün daha hansısa zəngilanlının çadır həyatı heç də anlaşılan deyil. Hansısa şuşalının torpaq dərdi, hansısa xocalılınının yanğısı bu qırış qalstuklu avropalı harınlamışlara çatacaq səviyyədə deyil. Çünki onlar AVROPALIDIRLAR.

Yeri gəlmişkən, əslində bu gün Azərbaycan üçün avropalıların yeni mahiyyəti və həm də gerçək mahiyyəti tam olaraq açılıb. Və bu gün bütün Azərbaycan onları yaxşı tanıyır. Azərbaycanda hər kəs yaxşı bilir ki, əslində əxdaqsızlığı, dəyərsizliyi ümumiləşdirib, yaxşığa «upakovka» olunmuş şəkildə Azərbaycana hədiyyə edən bu zümrənin əslində nə insanlığa, nə də müsbətə hansısa formada aidiyyatları yoxdur. Bu gün onlar özlərini təmsilçisi elan etdikləri gözəl həyat davasını da yalnız özlərinə aid edirlər. Onlar heç bir zaman təsəvvür belə etmək istəmirlər ki, bir güclü Azərbaycan dövləti olsun ki, bu dövlətin hansısa missionerin sülh danışığına və yaxud da dilənçi payı hesab olunacaq qəpik-quruşuna ehtiyacı olmasın… onlar bunu istəmirlər və onların bunu istəmədiyini Azərbaycanda da yaxşı bilirlər…

İndi isə onlar Azərbaycana eyni arxayınçılıq və rahatçılıqla gələ bilmirlər. Çünki Azərbaycan yetərincə dəyişib. Hətta bu gün əlləri onların ətəyində olan Azərbaycan müxalifəti onların sıradan fırıldaqçı olmasının fərqindədir. İki kiloqramm kürüyə görə bütün dəyərlərinə tüpürənlərin sözün əsl mənasında dəyərsiz olduğunu hər kəs gördü. Və belələrinə bel bağlayıb, hansısa problemimizin həll olunacağına, Qarabağın işğaldan azad ediləcəyinə ümid etmək ağılsızlıqdır. Doğru olanı dövlətimizin güclənməsində iştirakdır.

Amma nə yazıq ki, bu gün dövlətini - böyük ailəsini düşmənlərin ayağına verənlər yetərincədir. Sayları qorxulu həddə olmasa da, qorxu yaradacaq həddə qədər yetişməkdədirlər. Kimdir onlar? Bəziləri İrandan qidalanıb dövlətinin maraqlarını ayaqlar altına alır, bəziləri Küveytdən, Səudiyyə Ərəbistanından gələn sədəqə pulu ilə Azərbaycana qənim kəsilir, bəziləri də müxtəlif maliyyə qaynaqlarından mayalanaraq dövlətinə, millətinə təhlükə törədə biləcək həddə yetişir.

Elə DİA.AZ-ın apardığı araşdırmalardan da müəyyən olunub ki, bu gün ümumilikdə olaraq Azərbaycanda təxminən 300 minə yaxın vətəndaşımız fəal surətdə təhlükəli ideologiyaların, təxribatçı qüvvələrin təsiri altındadır. Bu heç də zəif qüvvə deyil. Bəlkə də kimlər üçünsə rəqəm az gələ bilər. Amma yox… unutmayın… onlar FƏAL QÜVƏLƏRDİR… Bizdən fərqli olaraq.

Təbii ki, belə bir şəraitdə Azərbaycanda dövlətin güclü olması, güclü hakimiyyətin olması bir nömrəli şərtdir. Və bunu İlham Əliyev 9 oktyabrdan sonra bir sıra müstəvilərdə nümayiş etdirməyə başladı.

Davamı da olacaq…

Geri qayıt