Əsas Səhifə > Gündəm, Manşet > DAHA BİR DÖVLƏT KOMİTƏSİ İSLAHATLARA GEDİR

DAHA BİR DÖVLƏT KOMİTƏSİ İSLAHATLARA GEDİR


4-11-2013, 11:26
DAHA BİR DÖVLƏT KOMİTƏSİ İSLAHATLARA GEDİR
QƏRİB MƏMMƏDOV İKİ ŞÖBƏ MÜDİRİNİ İŞDƏN ÇIXARIR: GƏNCLƏR GƏTİRİLİR

DİA.AZ: - 22 oktyabr tarixində Nazirlər Kabinetinin yeni heyətinin təsdiqləməsi prosesindən uğurla çıxan və mövqeyini qorumağa müvəffəq olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov kadr islahatlarına başlayır.

DİA.AZ-a bu barədə məlumatı verən Nazirlər Kabinetindəki mənbənin sözlərinə görə, Qərib Məmmədov tabeçiliyində olan iki şöbə müdirini və eyni zamanda bir neçə vəzifəli şəxsi görəvindən almağı planlaşdırıb:

«Yaxın günlərdə və ola bilsin ki, bu həftə komitə sədri islahatlara başlasın. Bildirək ki, bu islahatlar birbaşa olaraq «yuxarıların» təlimatı əsasında həyata keçirilir».

Mənbəmiz onu da əlavə edib ki, komitə sədri əsasən yaşlı kadrları vəzifəsindən alacaq: «Onların yerinə isə nisbətən gənc hesab olunanların təyinatı gözlənilir».

Geri qayıt