Əsas Səhifə > Siyasət, Manşet > TÜRKİYƏLİ GENERALIN BAKIYA ŞOK SƏFƏRİ
TÜRKİYƏLİ GENERALIN BAKIYA ŞOK SƏFƏRİ26-01-2012, 14:13 |
NEJDƏT ÖZƏL AZƏRBAYCANDAN PKK İLƏ MÜBARİZƏDƏ DƏSTƏK İSTƏYƏCƏK DİA.AZ: - Məlum olduğu kimi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin Azərbaycana səfəri planlaşdırılır. Məlumatda deyilir ki, fevralın 7-dən 9-dək davam edəcək səfər general N. Özəlin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində Azərbaycana ilk səfəridir. Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın hərbi qurumlarında, həmçinin dövlət və hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə Azərbaycan və Türkiyə arasında hərbi sahədə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti qiymətləndiriləcək, əlaqələrin perspektivləri müzakirə olunacaq. Qeyd edək ki, N. Özəl Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanı qismində ötən ilin yanvarında Azərbaycanda səfərdə olub. Onu da bildirək ki həmin səfər zamanı Bakıda çox mühüm məsələlər müzakirə olunmuşdu. Bu barədə sözügedən ərəfədə yerli KİV-də gedən məlumatlarda bildirilirdi ki, N.Özəl rəsmi Bakı qarşısında bir sıra tələb və istəklərini qaldırıb ki, onların arasında da PKK terror təşkilatı ilə balı ilginc məqamlar yer alıb. Bəs bu dəfəki səfəri zamanı türkiyəli hərbçi Azərbaycanda hansı məsələləri müzakirə edəcək. Bu barədə hərbi qaynaqlardan «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) daxil olan informasiyada bildirilir ki, Nejdət Özəl yenə də Bakıda PKK mövzusunu müzakirə etməyə hazırlaşır. Mötəbər mənbənin söylədikləri: «Ola bilsin ki, hətta PKK ilə mübarizə məsələsində Azərbaycan və Türkiyə arasında rəsmi saziş də imzalansın. Maraqlıdır ki, Azərbaycanla Türkiyənin bunca yaxınlığı fonunda hələ də belə bir müqavilə mövcud deyil». Mənbəmiz bildirdi ki, Nejdət Özəl Bakıya əliboş gəlmir: «Onun əlində konkret faktlara söykənən materiallar var ki, həmin sənədlər də Azərbaycan dövlətinin nümayəndələrinə təqdim olunacaq. Sənədlərdə çox ehtimad PKK-nın Bakıdakı maliyyə dayaqları haqqında informasiyalar yer alıb». Geri qayıt |